Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərildi

Goranboyda tapılan 104 yaşlı qadın Çeçenistana göndərildi

Goranboyda küçədə tapılan 104 yaşlı Mədinə Əliyeva Çeçenistana göndərilib.

BiG.AZ xəbər verir ki, bu barədə azvision.az-a "Tereza Ana" sığınacağından məlumat verilib.

Bildirilib ki, Mədinə Əliyeva Azərbaycan Daxili İşlər Nazirliyi və Çeçenistandan olan nümayəndəliyin köməkliyi ilə bu ölkəyə yola salınıb.

"Ona Bakıda lazım olan müvafiq tibbi yardım göstərilib. Lakin qadın Çeçenistanda yaşamaq istəyib", - deyə sığınacaqdan bildirilib.

Qeyd edək ki, Yeni il bayramı ərəfəsində 104 yaşlı çeçen əsilli Mədinə Əliyeva Goranboy rayonunda tapılıb. Qadının bildirdiyinə görə, onu Mərbəla adı ilə Goranboya gətiriblər.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 971 Tarix: 13.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər