Ermənistanda ölü biznesi: Generalın oğlu meyitləri basdırmağa qoymur

Ermənistanda ölü biznesi: Generalın oğlu meyitləri basdırmağa qoymur

Ermənistanın Eçmiədzin şəhərinin meri kredit borcu ilə bağlı öhdəliyi yerinə yetirməyən ölülərin basdırılmasına icazə vermir.

Bunu ölü sahiblərindən Ermənistan parlamentinin üzvü Manvel Qriqoryanın oğlu, Eçmiədzin şəhərinin meri Karen Qriqoryan tələb edir.

“Eçmiədzin şəhərinin meri Karen Qriqoryan ölənin yaxın qohumlarından torpaq və əmlak vergisini ödəməsini istəyib. Şəhərdə ölünü dəfn etməyə görə qohumu qəbiristanlıqdan torpaq verilməsi üçün merə müraciət edir. Onlardan ölünün vergi öhdəliyini yerinə yetirməsi tələb olunur. Adam ölüdürsə, o vergini necə ödəyə bilər?! Bütün borcları ödəyəndən sonra ölmək və basdırılmaq olar. Şəhərdəki ölüxana, morq Karen Qriqoryana məxsusdur. O, ölü dəfni ilə məşğul olur. Şəhərdə dəfn bürolarındakı tabutun satışından tutmuş mərasim zalının icarəyə verilməsinədək bütün xidmətə mer və deputat nəzarət edir”.

Qeyd edək ki, Dünya Ermənilərinin Dini Mərkəzi Eçmiədzində yerləşir.

mənbə: oxu.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 928 Tarix: 12.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər