"Həkim iki ay vaxt verdi ki..." - Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd

"Həkim iki ay vaxt verdi ki..." - Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd

Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zümrüd Qasımovadan xəbər var.

BiG.AZ xəbər verir ki, aparıcı səhhəti ilə əlaqədar həkimə müraciət edib.

Milli Onkologiya Mərkəzinə gedən Zümrüd təəssüratlarını bölüşüb:

"Milli Onkologiya Mərkəzinə getdim. Çox narahat idim. Son zamanlar özümü çox pis hiss edirdim: halsızlıq, depressiya, başdönmələri... Qorxurdum... Həkimimin yanına getdim. Onun gülərüzlüyünü görən kimi halım düzəldi. Analizlərin cavabına baxdı və dedi ki, xırda problemlər var, onkologiya ilə bağlı deyil.

Söylədi ki, "Gözlərindəki həmişəki parıltı yoxdur, onu mütləq düzəlt. Sən bilirsən necə xoşbəxt insansan? Çünki sağalmısan, kəfəni yırtmısan. Yaşa, kef elə. Boş ver hər şeyi. Gül.

Gözlərimin yenidən parıldaması üçün iki ay vaxt verdi. Otaqdan çıxdım... Qapının yanında çarəsiz insanları görəndə anladım ki, xoşbəxtəm, Allah məni sevir”.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 7523 Tarix: 12.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Qemliinsan
Qemliinsan 13.01.2018
Menim atamda xerceng xestesi idi 1 hefte bundan qabaq rehmete getdi allah hec kese cox isdediyi adamin olum acisin yawatmasin allah zumrud xanimada deymesin inwallah allah hec kese ata ana dagi cekdirmesin


 
People_need
People_need 12.01.2018
Təki hamı sağlam olsun, İnşəAllah
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər