""Çudo Peçka"nın işçilərinin adına kredit götürdük..."

""Çudo Peçka"nın işçilərinin adına kredit götürdük..."Xəbər verdiyimiz kimi, "Çudo Peçka"nın həbsdə olan sahibi və hazırda məhkəməsi davam edən Çingiz Cəlilovun qardaşı Pərviz Cəlilov, oğlanları Anar, Teymur, Asim atalarının cinayət işində şahid qismində dindiriliblər.

BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqa ifadə verən Pərviz Cəlilov deyib ki, 2001-ci ildə qardaşı Çingiz Cəlilov "Çudo Peçka"nı təsis edib, o da şirkətin baş direktoru olub: "İlk fəaliyyətə "MUM" univermağının yanında 1 mağaza açmaqla başladıq. Mənim əsas işim şirkətin ümumi fəaliyyətinə rəhbərlik etmək idi, mühasib isə Fərman Quliyev idi. Biz işə başlayanda 10-15 işçimiz var idi. Altı ay sonra ikinci mağaza açıldı, 2012-ci ildə də "Sahil" metrostansiyasının yaxınlığında 3-cü mağazanı açdıq. 2005-ci ildə artıq 4 mağaza, 60 işçi var idi. Bir işçinin orta aylıq əmək haqqısı 150-180 manat idi. Mağazalar icarəyə götürülürdü. 2006-cı ildə tanışım Yuri Vasilyeviç vasitəsilə "Bank Standard" QSC-nın İdarə Heyətinin səri Səlim Krimanla tanış oldum. Səlim şirkətin daha da genişləndirilməsi üçün bankın kömək edə biləcəyini, yüksək məbləğli kredit verə biləcəyini dedi. Mən də bu təklifi qardaşım Çingiz Cəlilovla müzakirə etdim və yeni mağazaların açılması üçün bankdan kredit götürməyə razılıq verdik. Mən kredit üçün banka müraciət etdim, Səlim Kirman dedi ki, məbləğ yüksək olduğu üçün bölünərək ayrı-ayrı şəxslərin adı rəsmiləşdirilməlidir.

Bundan sonra Çingizlə mən qohumlarımız və işçilərlə danışaraq onların adına kredit götürülməsinə razı saldıq.Biz həmin adamlara dedik ki, kredit üçün girov qoyacağıq və aylığı özümüz ödəyəcəyik. Mən, mühasib Fərman Quliyev və adına kredit götürüləcək şəxslər birlikdə bankın baş ofisinə getdik. Həmin adamlar kredit üzrə sənədləri imzalayıb kassadan pulu götürüb oradaca Fərman Quliyevə verirdilər. Fərman da pulu yığın şirkətin mühasibatlığına apardı. Adlarına kredit götürdüyümüz şəxslərə heç bir qəpik də vermədik. Kreditlərə görə Qusar rayonu ərazisindəki torpaqları girov qoyduq. 2006-2009-cu illərdə təxminən 18 milyon manat kredit götürdük. Həmin pullarla əlavə 7 mağaza açıldı. Bir mağazanın açılması üçün 400 min - 1 milyon manat arası pul xərclənirdi. Mağazaların icarə haqları da 500-2000 manat arası dəyişirdi. Şirkətimizin bugünə kimi təxminən 300-350 işçisi olub. 2006-2009-cu illərdə dövriyyəmiz günlük 40-50 min manat idi. Bu üç il ərzində 15 milyon manat kredit ödəmişik, bütün götürülən kreditlər şirkətə xərclənib".

P.Cəlilov bildirib ki, 2009-cu ildə ödənilməmiş qalan kreditə görə onun, qardaşı Çingiz Cəlilovun, qardaşı övladları Anar, Teymur və başqa 3 nəfərin adına kredit götürüb borcu qaytarıblar: "2011-ci ildə isə kreditlərin ödənişində problemlər, axsamalar yaşandı. Həmin il şirkətin idarəçiliyi Səlim Kirmana verildi. 2012-ci ildə Səlim şirkətin bütün borclarını silməli, mən, Çingiz və iki oğlundan başqa digər işçilərin adına olan kredit müqavilələri bağlanmalı idi. Amma Səlim vədinə əməl etmədi və 2014-cü ildə bizi məhkəməyə verdi. Kreditlər götürülərkən məqsəd kimi "bağ evlərinin və fərdi yaşayaş evlərinin alınması, təmir edilməsi" göstərilməsi Səlim Kirmanın təklifi idi. Biz heç bir ev almamışıq, pullar şirkətə xərclənib".

P.Cəlilov müstəntiqin "illik dövriyyəniz 4,5-5 milyon manat idisə, niyə vergi orqanlarına qat-qat az rəqəmlər təqdim edilib?" sualına bu işlərdən xəbərsiz olduğunu, mühasibatlığın bu işlərlə məşğul olduğunu deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 949   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 310
.

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq"

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq". xəbər verir ki, BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib. Sözçü ABŞ-ın TikTok-

22.04.2024 314
.

Namiq "İmtahan"ı təqdim etdi

Müğənni Namiq Qaraçuxurlu yeni mahnısını təqdib edib. BİG.AZ xəbər verir ki. sözləri N. Qaraçuxurluya, musiqisi isə Mansur Qinyaza aid bəstə "İmtahan" adlanır. Mahnıda tar, kamança milli musiqi alətlərindən istifadə olunub. "İmtahan" ötən gündən etibarən meyxanaçının rəsmi musiq

18:15 117
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 212
.

"Məhsul" stadionu təmir olunur? - Video

Yasamal rayonunda "Məhsul" stadionu kimi tanınan ərazi illərdir baxımsız vəziyyətdədir. Burada heç bir təmir-tikinti işi aparılmayıb. Lakin bir neçə gündür ki, stadionun futbol meydançasına giriş lentlərlə məhdudlaşdırılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-d

10:39 233
.

Elçin Əfəndiyev əməliyyat olunub

Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda əməliyyat olunub. xəbər verir ki, bu barədə APA-ya Xalq yazıçısı özü məlumat verib. O, əməliyyatın iki gün əvvəl baş tutduğunu bildirib. Yazıçı əməliyyatın uğurlu keçdiyini qeyd edib

22.04.2024 534
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 237
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 331
.

"16 yaşımda səhv etdim, dodağımdan narahatam..."

"Mən bir tək dodağımdan narahatam, uzun illərdir ki, problem yaşanır". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Mina Hüseyn "Yaşamaq naminə" verilişində deyib. İllər öncə dodaq dolğusu etdirən ifaçı bu addımına görə peşman olub:. "Bir dəfə 16 yaşımda səhv etdim

19:30 47