
Xəbər verdiyimiz kimi, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Faiq Kərimov tutduğu vəzifədən azad olunub. F. Kərimov bu vəzifəni 2015-ci iln sentyabr ayından icra edirdi.
Görəsən sözügedən vəzifəyə təyinat olubmu?
Məsələ ilə bağlı İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayevlə əlaqə saxladıq. E.Qocayev xeberle.com-a açıqlamasında bildirdi ki, birinci müavin postuna təyinat olmayıb: "Birinci müavin vəzifəsinə hələki təyinat olmayıb. Həmin vəzifənin icrası isə heç bir şəxsə tapşırılmayıb."
Xatırladaq ki, hazırda Sumqayıt şəhər İcra hakimiyyətində birinci müavin və sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - müavin postları boşdur.
Şikayətiniz varsa Whatsapp: 050 5165251
Bölmə: Xəbərlər Oxunub: 520 Tarix: 12.01.2018