Azərbaycanda terror ola bilərmi?

Azərbaycanda terror ola bilərmi?

“Azərbaycan ən sabit dövlətlərdən biridir”.

Bunu BiG.AZ-a açıqlamasında deputatı Aydın Hüseynov deyib.

Aydın Hüseynov qeyd edib ki, Avropa ölkələri terrorizmin nə olduğunu təzə bilirlərsə Azərbaycan 1988-cı ildən terrora məruz qalıb. “Ermənilər Qarabağda, Bakıda partlayışlar törədib. Əslində dövlətimiz terrordan əziyyət çəkən ölkədir. Cənab prezidentimiz hər zaman terrorla bağlı qətiyyətli mövqeyini bildirib. Bu gün Azərbaycan terrorizmlə mübarizə aparır. Ona görə də Azərbaycan haqqında deyilən sözlərin hər biri əsassızdır. Eyni zamanda dövlətimiz daxildə də terrorla çox kəskin mübarizə aparır. Ölkəmizdə terrorun olması mümkün deyil. Çünki hüquq mühafizə orqanlarımız öz işlərini bilir. Azərbaycan vətəndaşı da bu məsələdə diqqətlidir”.

Aysel Yusifqızı
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 263 Tarix: 12.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər