Artur Rasizadədən mühüm qərar: İşsizliklə bağlı ciddi dəyişiklik edildi

Artur Rasizadədən mühüm qərar: İşsizliklə bağlı ciddi dəyişiklik edildiBaş nazir Artur Rasizadə "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" qərarda dəyişiklik edib.

BiG.AZ xəbər verir ki, həmin dəyişikliklər işsizliklə bağlı məsələləri əhatə edir. Dəyişikliklər bundan ibarətdir:

1.1. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Büdcə xərclərinin funksional təsnifatı"na Əlavənin 6.2.1-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:

"6.2.1. "İşsizlik" paraqrafına mövcud qanunvericiliyə uyğun olaraq işsizlikdən sığorta ödənişləri, işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan işsizlikdən sığorta fondu hesabına maliyyələşdirilən aktiv məşğulluq tədbirləri daxildir.";

1.2. həmin qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Büdcə xərclərinin iqtisadi təsnifatı" üzrə:

1.2.1. "212300. İcbari tibbi sığorta" paraqrafından sonra "212400. İşsizlikdən sığorta" paraqrafı əlavə edilsin;

1.2.2. "272180. İşsizliyə görə verilən müavinətlər" paraqrafı "İşsizlikdən sığorta ödənişləri" adlandırılsın;

1.2.3. "272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər" paraqrafı "İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri" adlandırılsın.

1.2.4. Büdcə xərclərinin iqtisadi təsnifatına Əlavə üzrə:

1.2.4.1. "212000. Əmək haqqına üstəlik" köməkçi bölməsində "və "212300. İcbari tibbi sığorta" sözləri ", 212300. İcbari tibbi sığorta" və "212400. İşsizlikdən sığorta" sözləri ilə əvəz edilsin;

1.2.4.2. aşağıdakı məzmunda yeni paraqraf əlavə edilsin:

"212400. "İşsizlikdən sığorta" paraqrafına işsizlikdən sığorta ilə bağlı xərclər daxildir.";

1.2.4.3. "270000. "Təqaüdlər və sosial müavinətlər" bölməsinin birinci cümləsindən "işsizlərə," sözü çıxarılsın və ikinci cümləsində "işsiz vətəndaşlara müavinətlərin" sözləri "işsizlikdən sığorta ödənişlərinin" sözləri ilə əvəz edilsin.";

1.2.4.4. "272100. Sosial yardımlar üzrə ödənişlər" paraqrafında "işsizliyə görə ödənilən müavinətlər, həmçinin işsizlərin hazırlığı ilə bağlı transfertlərlə" sözləri "işsizlikdən sığorta ödənişləri, həmçinin işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri ilə" sözləri ilə əvəz edilsin;

1.2.4.5. "272180. İşsizliyə görə verilən müavinətlər" paraqrafı aşağıdakı redaksiyada verilsin:

"272180. İşsizlikdən sığorta ödənişləri" maddəsinə işsizlərə ödənilən işsizlikdən sığorta ödənişləri ilə bağlı xərclər daxildir.".

1.2.4.6. "272190. İşsizlərin hazırlığı və ixtisasın artırılması ilə bağlı transfertlər" paraqrafı aşağıdakı redaksiyada verilsin: "272190.

"İşaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri" maddəsinə işaxtaran və işsiz kimi qeydiyyata alınmış şəxslər üçün nəzərdə tutulan aktiv məşğulluq tədbirləri üzrə xərclər daxildir.".

Qeyd edək ki, dəyişikliklər bu il yanvarın 1-dən artıq qüvvəyə minib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2142   Tarix: 12 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 332
.

Hüseynbala Mirələmov: "Kürəkəni mənə ağlaya-ağlaya dedi ki, Hadı müəllim yıxılıb qalıb"

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli bu gün səhər saatlarında ürək çatışmazlığından vəfat edib. onun yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb. O, dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:. "Dünən gec

17.04.2024 845
.

Türkiyədə qeyri-qanuni miqrantlar xilas edildi

Türkiyənin Muğla şəhərində miqrantları daşıyan qayıq batma təhlükəsi yaşanıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı qayıqda olan 25 nəfər xilas edilib. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Qeyri-qanuni immiqrantlar aidiyyatı şəxslərə təhvil verib

17.04.2024 194
.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17.04.2024 1354
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatını

17.04.2024 358
.

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. Qurumdan -a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər. 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səth

17.04.2024 1054
.

Azərbaycan XİN: Fransanın addımlarının sülhə xidmət etmədiyi gün kimi aydındır

Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. "Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyini

17.04.2024 207
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 170
.

Tovuzda erməni təxribatının qarşısı alındı - FOTO

Tovuz rayonunda kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən kvadrokopter bölmələrimizin sayıqlığ

17.04.2024 368