Koçaryan: "Gərginlik azaldılmalıdır, itkilərimiz olur"

Koçaryan: "Gərginlik azaldılmalıdır, itkilərimiz olur"

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yanvarın ikinci yarısında görüşəcəyini açıqlayıb.

Jurnalistlərin suallarını cavablandıran Koçaryan görüş yeri və tarixin təyin olunduqdan sonra elan ediləcəyini bildirib.

Qarabağ münaqişəsinin danışıqları barədə danışan Koçaryan:

"Tərəflər arasında etimad olmadığı üçün nəticədən danışmaq çətindir. Etimad mühiti yarada biləcək mexanizmlər tapmaq lazımdır. Atəşkəs rejimi qorunmalı və hərbi əməliyyatlar başa çatmalıdır. Gərginlik azalmalıdır, itkilərimiz olur. Odur ki, bu cür danışıqlar gərginliyin azalmasına yönəldilməlidir”.

Koçaryan əlavə edib ki, iki ölkə prezidentlərinin görüşü hələ ki, nəzərdə tutulmayıb və bu xarici işlər nazirlərinin görüşündən asılı olacaq.

mənbə: femida.az

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 327 Tarix: 12.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər