175 nömrəli marşrut xətti üzrə yeni dayanacaqlar və ödəmə terminalları quraşdırılıb - FOTOLAR

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaqlar və ödəmə terminalları quraşdırılıb - FOTOLAR

Xəbər verdiyimiz kimi 175 nömrəli marşrut xəttində baş verən qəzadan sonra marşrut xətti sahibkardan alınaraq "BakuBus"-a verilib.

"BakuBus"-a verildikdən sonra artıq həmin xətt üzrə yeni dayanacaqlar və yol nişanları quraşrırılıb. Sərnişinlərin rahat hərəkəti və rahat şəkildə ödəniş etməsi üçün yeni ödəniş terminalları da quraşdırılıb. Bu barədə BiG.AZ-a Bakı Nəqliyyat Agentliyiinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib:

"175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib. Bu xətt üzrə Hövsən şossesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub. Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə BakıKart əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb".

175 nömrəli marşrut xətti üzrə yeni dayanacaqlar və ödəmə terminalları quraşdırılıb - FOTOLAR
175 nömrəli marşrut xətti üzrə yeni dayanacaqlar və ödəmə terminalları quraşdırılıb - FOTOLAR

BiG.Az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 322 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər