Sevda Yəhyayevanın yeni mahnısı plagiat çıxdı – VİDEO

Sevda Yəhyayevanın yeni mahnısı plagiat çıxdı – VİDEO

Sevda Yahyayevanın “Ah bu sevda” adlı mahnısı plagiat çıxıb.

Məsələ ilə bağlı ifaçının prodüseri Pərviz Əsgərovla əlaqə saxladıq.

Oxu.az-a açıqlama verən prodüser plagiat iddiasını təkzib etdi:

“Şərq ölkələri elədir ki, istər-istəməz musiqinin ya əvvəli, ya ortası bir-birinə oxşayır. “Ah bu sevda” mahnısı da Əhməd Mustafayev tərəfindən Sevdaya hədiyyə olunub. Özünüz də bilirsiniz ki, hədiyyə heç vaxt müzakirə olunmur. Düşünürəm ki, mahnılar arasında olan oxşarlıqla bağlı sualları Əhməd daha yaxşı cavablandırar. O, mahnını hədiyyə etdi, biz də Ramin Vəliboya aranjimanını həvalə etdik. Nəqarət hissəsində oxşarlıq varsa, bu, normal haldır. Heç bir plagiatdan söhbət gedə bilməz”.

10:39

Müğənni Sevda Yahyayevanın yeni mahnısı “Ah bu sevda” plagiatdır.

Oxu.az xəbər verir ki, sözü və musiqisi Əhməd Mustafayevə aid olan mahnı bir neçə il öncə Türkiyədə fəaliyyət göstərən “Babutsa” qrupunun “Güzelim” mahnısına oxşarlığı ilə diqqət çəkib.

Müqayisə üçün hər iki mahnını təqdim edirik:


f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1191 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər