Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava: Yaralılar var

Bakıda azərbaycanlılarla gürcülər arasında kütləvi dava: Yaralılar var

Bakının Suraxanı rayonu ərazisində azərbaycanlılarla gürcülər arasında kütləvi dava olub.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində yerləşən Gürcü məhəlləsində 9 nəfərin iştirakı ilə baş verib.

Dava nəticəsində 4 nəfər – iki Gürcüstan əsilli Azərbaycan vətəndaşı – hər ikisi 1990-cı il təvəllüdlü olan Papişvili Şengeli Masikoyeviç və Papiaşvli İsak Davidoviç, həmçinin 1988-ci il təvəllüdlü İsmayılov Polad Məhərrəm oğlu və 1994-cü il təvəllüdlü Soltanov Kamran Rasim oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb.

Faktla bağlı araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 827 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər