Anasının sevgilisi tərəfindən işgəncə verilən 9 yaşlı uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

Anasının sevgilisi tərəfindən işgəncə verilən 9 yaşlı uşaqla bağlı ŞOK TƏFƏRRÜAT

"Xəzər" televiziyasında Xoşqədəm Hidayətqızının aparıcılığıyla yayımlanan verilişinə müraciət edən Röyal adlı Gəncə şəhər sakini ilginc açıqlamalar verib.

O bildirib ki, keçmiş həyat yoldaşı olan Səbinə adlı qadının hazırda münasibətdə olduğu şəxs onun övladlarını işgəncələrə məruz qoyur:

"Övladım üçüncü sinifdə oxumalıdır, amma ikidə oxuyur. Səbinənin yaşadığı insan uşağımın əlini yandırıb. Xahiş edirəm, onun analıqdan məhrum edilməsində mənə hüquqi yardım göstərəsiniz".

Bir neçə dəqiqə sonra proqrama qatılan Səbinə isə Röyalın dedikləriylə razılaşmayıb:

"Deyilənlər tamamilə əsassızdır. O, qumar oynayır. Evli olduğumuz ilk beş ildə hər şey yaxşı olub. Amma oğlumuz dünyaya gələndən sonra bu adam tamamilə dəyişdi".

Məlumata görə, Səbinə adlı qadının münasibətdə olduğu şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin keçmiş əməkdaşıdır. Sözügedən şəxs məhz bu qadınla olan əlaqələrinə və digər nöqsanlara görə polisdən uzaqlaşdırılıb.

mənbə: olke.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1547 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər