Diqqət! Aeroport müvəqqəti bağlandı - Səbəb

Diqqət! Aeroport müvəqqəti bağlandı - Səbəb

Astana (Qazaxıstan) aeroportu bu gün səhər qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanıb.

BiG.AZ bu barədə Qazaxıstan mətbuatına istinadən xəbər verir.

“Astana şəhərindəki Nursultan Nazarbayev beynəlxalq hava limanı qeyri-sabit hava şəraiti səbəbindən uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə yerli vaxtla saat 13:00-dək bağlanıb. Sərnişinlərə aviaşirkətlər vasitəsilə uçuşlar haqqında məlumatları dəqiqləşdirmələri məsləhət olunur”, - deyə xəbərdə qeyd olunub

Astanada səhərdən güclü küləklə müşayiət olunan qar yağır, yollarda görmə məhdudiyyəti müşahidə olunur. Məktəblərdə birinci növbədə olan I-XI siniflərin dəsrləri təxirə salınıb.

Qeyd edək ki, bu gün saat 22:50-də “Air Astana” aviaşirkətinin Astana-Bakı marşrutu üzrə reys həyata keçirəcək təyyarəsi saat 23:50-də əks istiqamətdə yola düşəcək və bu reyslərlə bağlı hələlik heç bir xəbərdarlıq yoxdur.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1039 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər