Hacıqabulda deformasiyaya uğramış körpü aşırımları dəyişdirilir

Hacıqabulda deformasiyaya uğramış körpü aşırımları dəyişdirilir

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 114-cü km-də (Hacıqabul şəhəri) yerləşən yol ötürücüsünün sol yarım hissəsindəki deformasiyaya uğramış körpü aşırımlarının dəyişdirilməsi işləri aparılır.

BiG.AZ xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən unikal.org-a verilən məlumata görə, aparılan bərpa işləri ilə əlaqədar olaraq sürücülərdən körpünün üzərində hərəkət edərkən diqqətli olmaları və ərazidə qoyulmuş müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.

Körpünün aşırımlarının bərpasının qısa müddət ərzində aparılaraq yekunlaşdırılması nəzərdə tutulub.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 478 Tarix: 11.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər