Azərbaycanlı müğənninin 1 ildə 4 bacı-qardaşı öldü - Canlı yayımda şok

Azərbaycanlı müğənninin 1 ildə 4 bacı-qardaşı öldü - Canlı yayımda şok

Dünən "5/5"in qonağı olan Qədir Qızılsəsin canlı yayımda doğmalarının ölüm xəbəri ilə bağlı açıqlaması hər kəsi şok edib.

BiG.AZ milli.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamalın "Qədir müəllim, ötən il itkiləriniz oldu. Qardaş, bacı ..." sözlərindən sonra müğənni heç kəsin bilmədiyi həqiqəti açıqlayıb:

"Hə! Dayanmadan, bacı öldü, qardaşım rəhmətə getdi. Bunlar 2017-ci ildə oldu. İtkilər çoxdur. Sonra bir qardaşım da yenə rəhmətə getdi. Sonra yenə bir bacım rəhmətə getdi. 2 bacı, 2 qardaş itirdim".

Müğənninin bu açıqlaması verilişin digər qonağı Mətanət İsgəndərli ilə yanaşı, aparıcı Zaur Kamalı da dəhşətə gətirib. Onlar Qədir Qızılsəsin bu açıqlaması sonrası təəccüblərini gizlədə bilməyiblər.

Zaur "Çox duyğulandım. Mən elə bilirdim bir qardaş, bir bacınız rəhmətə gedib" sözlərinə müğənni "Yox. 8 övlad idik. 4 bacı, 4 qardaş" cavabını verib.
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2128 Tarix: 10.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər