Əflatun Amaşov: "Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir"

Əflatun Amaşov: "Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir"

"Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir".

Bunu BiG.AZ-a açıqlamasında Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov qeyd edib ki, biz şərqdə ilk demokratik dövlət və parlament qurmuşuq: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın, dövlətimizin gələcək pasportudur. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ondan sonra yaranan demokratik dövlətlər üçün baza rolunu oynayıb. Başqa ölkələrdə də Azərbaycan Xalq Cümhuriyyətinə dayaq dövlətlər yaranıb. 2018-cı ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirirəm. Bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır. Bu addım keçmişimizə arxalanmaq, gələcəyimizə isə tariximizi öyrətməkdir. Keçmişi öyrənmədən gələcəyi düzgün qurmaq olmaz”.

Aysel Yusifqızı
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 517 Tarix: 10.01.2018
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər