Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - VİDEO - FOTO

Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - VİDEO - FOTO

Məni model sayırlar, lakin belə deyil. Döüüşçüyəm və nəslimizin ənənələrini davam etdirirəm.

Çinin Şanxay şəhərində yaşayan Ye Yonsyan belə deyir.

BiG.AZ milli.az-a istinadən bildirir ki, 31 yaşlı Yen taysziysyuan döyüş sənətinin "yan" stili ilə məşğul olur.

157 sm-lik boyu olan Yen zərif, incə xanımdır. Bununla belə o, dünya səviyyəli kunq-fu və tay-çi döyüşçüsüdür. O, hər gün qılınclarla, bıçaqlarla, xəncərlərlə, nizələrlə məşq edir.

Yen dünyanın ən sürətli kunq-fu və taysziysyuan qadın döyüşçüsü sayılır.

Əslən Taylanddan olan və Şanxayda yaşayan Yen indi Çinlə bahəm, Cənub-Şərqi Asiya ölkələrində sosial şəbəkələrin ulduzuna çevrilib.

O, model kimi reklam fotosessiyalarına da çəkilir.

"Taysziysyuanı gənclər arasında daha da populyar etmək istəyirəm", - deyən Yenin anası da döyüş sənətlərinin bilicisi olub.

Yen gülərək söyləyir: "Hərdən mənə belə gəlir ki, anamın bətnində olanda tayszi ilə məşğul olmağa başlamışam. Anam 5-ci nəsil "yan" döyüşçüsü və ustasıdır: onun ulu babaları da döyüşçü olublar. Anam tayszinin sirlərini anasından, nənəmdən öyrənib".

Yenin anası, 62 yaşlı Çen Tilin tayszisyuanı 14 yaşı olanda öyrənməyə başlayıb.

Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - VİDEO - FOTO
Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - VİDEO - FOTO
Dünyanın ən gözəl, ən sürətli döyüşçüsü - VİDEO - FOTO


Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1021 Tarix: 09.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər