Mixail Saakaşvilinin oğlunun maraqlı videosu yayıldı - VİDEO

Mixail Saakaşvilinin oğlunun maraqlı videosu yayıldı - VİDEO

Sosial şəbəkələrdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin oğlu Nikolozın gürcü xəngəlini yemək qaydasını öyrətdiyi video yayılıb.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Mixail Saakaşvili özünün facebook səhifəsində məlumat verib.

"Oğlum Nikuşa beynəlxalq ingilisdilli auditoriyaya gürcü xəngəlini (xinkali) necə düzgün yeməyin qaydasını öyrədir" - deyə Saakaşvili bildirib.

O, sözügedən videonu da paylaşıb.
Videoda Nikoloz ingilis dilində izah edir ki, gürcü xəngəlini çəngəl-bıçaqla deyil, əllə yeyirlər.

"Xəngəlin başından tutub onu başıaşağı çevirirsiz, azca dişləyirsiz və əvvəlcə içindəki suyu sorursuz, sonra isə başındakı xəmirə qədərki hissəsini yeyirsiz" - deyə Nikoloz bildirib.


Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1165 Tarix: 07.01.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər