Alkoqol İstifadəçilərinin Qaraciyəri

Alkoqol İstifadəçilərinin QaraciyəriOrqanizmə hər hansı bir məhsul daxil olduqda onu tənzimləyən və yüklənən orqan qaraciyərdir. Adətən, tez-tez öyrəşmişik ki, hepatit xəstəliyi deyiləndə virus hepatitləri yada düşür. Virusdan asılı olmayan hepatitlər də var və biz ona çox da fikir vermirik. Bu isə daha ağır nəticələr verir.
Son 20 ildə artıq klassifikasiyaya Alkoqol Hepatiti adlanan xəstəlik daxil edilmişdir ki, bunun da başlıca səbəbi davamlı şəkildə Alkoqol (spirtli içkilər) qəbuludur. Alkoqol kişilərə nisbətən qadınlarda daha tez qaraciyər zədələnməsinə gətirib çıxarır. Çünki kişilərdə 30 q, qdınlarda isə 20 q spirtli içkini orqanizm tolerə edə bilir. Bu mütəmadi olarsa artıq Alkoqol hepatiti diaqnozuyla qarşılaşmaq olur. Bunun davamı qaraciyər sirrozuna qədər gəlib çıxır.
Alkoqol mənşəli qaraciyər sirrozu bəzən gizli gedişli olması ilə adamı aldadır. Belə ki, sadəcə oynaq ağrısı, baş ağrı, yaddaş pozulması, tez yorulma, periferik qan dövranı pozulması, əsəbilik, yuxu pozğunluqu kimi simptomların məhz içdiyi hər udum spirtli içki ilə zədələdiyi qaraciyərin "harayı" olduğunu insan anlamır ya da etiraf etmək istəmir və orqanizmdə ən vacib məqamda onun üçün həyatı mühüm funksiyalar yerinə yetirən qaraciyər tədricən məhv olur.
Bu prosesdə ilk düşündüyümüz qorunma yollarıdır. Çox adam da istəyir ki, spirtli içki istifadə edərək müalicə olunsun, amma bu doğru deyil. Altı aydan bir heç olmasa Ultrasəs Müayinə üsulundan (www.radiolog.az) keçsinlər. Qanın ümumi analizi, Qanda ALT, AST, Bilirubinlər və Kreatinin analizi versilsin. Burda baş verən dəyişikləri həkim-hepatoloq, qastroenteroloqlar dəyərləndirir.
Buna uyğun tədbir görülür. Bu prosesi dayandırmaq və müalicə etmək çətin deyil. Müalicədə daha çox təbii və dezintoksikasion müalicəyə üstünlük verilir. Praktikamda yüzlərlə belə xəstə olmuş və çox hallarda ağır hallarda müraciət etmişlər. Hər kəsə tövsiyə edirəm ki, heç bir hal baş verməsə belə ilkin dəyərləndirməkdən qaçmaq lazım deyil.

Ali Dərəcəli Həkim
Həkim-Qastroenteroloq, hepatoloq ELDAR RƏHİMOV
050-385-81-50


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3028   Tarix: 01 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Saçlarını uzatmaq istəyən xanımlara 7 MƏSLƏHƏT

Saçların tez uzanması üçün bir sıra şərtlərə əməl etmək lazımdır. -a istinadən bildirir ki, mütəxəssislərin verdiyi 7 məsləhəti gözardı etmək olmaz:. 1. Saçların sürətlə uzanması üçün tez-tez saçqıranları təmizləmək lazımdır. 2. Saçlarınızı çox isti və çox soyuq su ilə yumayın. İsti su saç köklərin

19.08.2021 1451
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir

31.08.2021 1662