Azərbaycanlı biznesmenin oğlu qətlə yetirildi - 1,5 milyon manat təzminat

Azərbaycanlı biznesmenin oğlu qətlə yetirildi - 1,5 milyon manat təzminatXaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən dəstə üzvləri - Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə davam edib.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə öldürülən iş adamının oğlu Vüqar Məmmədov ifadə verib.

O bildirib ki, hadisə baş verən zaman Bakıda olub: "2008-ci ildən Bakıda qalıram. Xaçmaza bayramdan-bayrama gedirdim".

V.Məmmədov qeyd edib ki, atasını təqsirləndirilən şəxslərin hər üçü qətlə yetirib: "Hadisə zamanı evdə 1 milyon 500 min manata yaxın pul olub".

Şahid bildirib ki, atası ilə hadisədən bir il əvvəl görüşüb: "Hadisənin necə baş verdiyini görməmiş, lakin bu haqda sonradan məlumatım olub. Evdə nə qədər pul olduğunu dövriyyədə olan mallarla bilirdim. Atam rayonda sahibkar idi. Atamla birgə fabrik açmaq fikrimiz var idi".

V.Məmmədov vurğulayıb ki, anası da Binə Ticarət Mərkəzində ticarətlə məşğul olur.

Məhkəmədə məlum olub ki, V.Məmmədov 1.5 milyon manatlıq mülki iddia qaldırıb.

Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına görə, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girərək onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər. Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb.

Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdan satış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İlqar Məmmədovu bıçaqla qətlə yetirərək evindən 289 min manat pul və qızılları götürüblər.

İlqar Məmmədov rayonda tanınmış iş adamı olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 18 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 391
.

Dubaya güclü yağışlar yağıb

BƏƏ-nin şəhəri Dubaya güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, həmin şəhərdə olan şəxslər Dubayda yağış gördüklərinə təəccübləniblər. Onlar bu barədə sosial şəbəkələrdə paylaşıblar. Dubay hava limanında bir çox reyslər təxirə salınıb

17.04.2024 420
.

"Jurnalistlər elə əmək haqqı ala bilməlidir ki, özlərinin sosial problemlərini həll edə bilsinlər" - Azər Həsrət

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Azər Həsrət bildirib ki, media subyektləri ilə təmin etməlidir

17.04.2024 351
.

Avtomobil qəzasında ölən məşhurlar - FOTOLAR

Hər il avtomobil qəzasında kifayət qədər şəxs dünyasını dəyişir. BİG.az yol qəzası zamanı ölən məşhurların siyahısını təqdim edir:. Müğənni Aslan Hüseynov 2021-ci ildə "Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi "BMW" markalı avtomobillə qarşıda hərəkə

17.04.2024 933
.

"Dövlət jurnalistləri yaradıcı insanlardan ayırmır" - Yadigar Məmmədli

Azərbaycanda jurnalistlərin maddi imkanı ürəkaçan deyil. Bir müddət bəzi jurnalistlərə ev verilsə də, jurnalistlərin özlərinə ev alacaq qədər əmək haqqı qazanması gərəkdiyini bildirənlər də var. Mövzu ilə bağlı -a danışan media eksperti Yadigar Məmmədli bildirib ki, dövlət jurnalistləri də yaddan çıxarmır

17.04.2024 230
.

Paşinyan Bəşər Əsədə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Suriyanın prezidenti Bəşər Əsədə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "Suriya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və dost Suriya xalqına ən səmimi təbriklərim

17.04.2024 293
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatını

17.04.2024 463
.

Qəzzada ölənlərin sayı 33899 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 33899 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Açıqlamada İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində dah

17.04.2024 247
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

11:59 0