Röyadan İradə və Nigara SƏRT SÖZLƏR: "Biriniz ərdəsiz, biriniz bilinmir…"

Röyadan İradə və Nigara SƏRT SÖZLƏR: "Biriniz ərdəsiz, biriniz bilinmir…"Əməkdar artist Röya Ayxanla müğənnilər İradə İbrahimova və Nigar Camal qalmaqalı yenidən alovlanıb.

"Xəzər maqazin" proqramına açıqlama verən Röya Ayxan "Altın Kelebek"də pərdəarxası yaşananları danışıb. Hirsini Nigarın gizlinlərini açmaqla soyudan Röya hadisənin necə baş verdiyini deyib:

"Nihat Odabaşı ilə Bakıda klip çəkdirəndə Nigarı yığdım ki, gəl üçümüz bir yerdə yemək yeyək. O, əvvəlcə razılaşdı, axşam isə dedi ki, bəs Londona uçmuşam. Mənə qəribə gəldi ki, bu qız niyə belə edir? Mən ondan ötrü ölürdüm, hara gedirdim özümlə daşıyırdım. İnstaqramda yazdıqları tez-tez başını bağlayıb açmağa öyrəşməkdəndir.

Mənimlə Elnur getməli idi (stilist Elnur Həsənov - red.). Dedi ki, gəlinlərimi qoyub gedə bilmirəm. Mən də elə ürəyə sahibəm ki, hansısa gəlinin ağlamağını qəbul edə bilmərəm. Dedim əşi, həmişəki kimi edəcəm. Bilirdim ki, Nigar Anarı (stilist Anar Ağakişiyev - red.) çoxdan bron edib. Ona axşamdan dedim ki, əgər çatdıra bilsən məni də sən "make up" edərsən. Bunu da Nigar bilib və Anarı qoymadı. Anara zəng vurdum ki, həyəcan keçirmə, bilirəm ki, səni Nigar qoymur. Normaldır, o, səni gətirib".

Röya daha sonra qırmızı xalıda olanlardan danışıb:

"Birinci Nəsiblə salamlaşmışdım. Bunları gözlədim ki, gəlsinlər bir gedək. Mən çox səy qızam. Sən demə, Nigar istəyirmiş ki, mən keçim sonra onlar gəlsin. Anar əlini atıb məni çağıranda başladı qışqırmağa ki, "Bunu niyə çağırmısan?". "Bunu" sənsən e! Avroviziya Eldarın şansı idi, "quş" Nigarın başına qondu. İndi Avroviziyaya gedib gəlmisən deyə özünü nə zənn etdin ki, mənə "bu" sözünü deyəsən? Səhnəyə çıxanda əlimi atdım, mənə arxasını çevirdi. Arxası da "yapışdırılma"dır. Sona qədər Nigar udacaq deyə düşünürdüm. Qalib gəlməyim haqda düşünməmişdim. Yoxsa, Nigar kimi anamla gələrdim. Bütün sevgililərimin də hamısını ora yığardım".

Əməkdar artist İradə İbrahimova haqqında da sərt açıqlamalar verib:

"Yenə də iki uşağı var deyə keçirəm. Desəm ailəsi gəlib sürüyüb evinə aparacaq. Getsinlər evlərində otursunlar. Onsuz da itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdəsiniz, biriniz də bilinmir hardasınız".

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5108   Tarix: 18 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mətanət İsgəndərli nəvəsi ilə - Foto

Əməkdar artist Mətanət İsgəndərli adını daşıyan nəvəsi ilə görüntüsünü paylaşıb. Axşam.az xəbər verir ki, müğənni Mətanətlə şəklinə "Gözəl balam Mətişim, səni çox sevirəm. Şirin nəvəm, Mətanətim" sözlərini yazıb. Qeyd edək ki, Mətanət sənətçinin oğlu Kərimin övladıdır. Kərim bir neçə il əvvə

28.03.2024 571
.

Bu da Nadir Qafarzadənin HƏYAT YOLDAŞI - FOTO

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib. BİG.AZ xəbər verir ki, sənətçi instaqram hesabında yeni fotosunu yayımlayıb. Fotoda ifaçının yanında həyat yoldaşı Sevinc xanım və oğlu da yer alıb. Müğənninin fotosu sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib

24.03.2024 2228
.

Röya Ayxan Bakıda: Necə olur ki, o qapıya girdilər, bu qapıya yox...

Xalq artisti Röya Ayxan artıq Bakıya qayıdıb. BİG.AZ -a istinadla bildirir ki, müğənni bu barədə sosial şəbəkədə paylaşım edib. Röya Ayxan Moskvada baş verən terror hadisəsi ilə bağlı gördüklərini media nümayəndələri ilə bölüşüb. Müğənni hadisədən çox qorxduğunu, bir neçə saat, ümumiyyətlə, danışmadığın

24.03.2024 4921
.

Müğənni vəhşi itinə görə CƏRİMƏLƏNDİ

Türkiyəli tanınmış müğənni Banu Parlakın iti qonşularının itinə hücum edib. xəbər verir ki, hadisə ötən gün baş verib. Hücuma məruz qalan it ölüb. Balaca itin sahibləri müğənnidən şikayətçi olublar. Məhkəmə Banu Parlakı 4800 lirə (təxminən 253 manat) məbləğində cərimələyib

26.03.2024 608
.

Yıldız Tilbe təqaüdə çıxıb

Türkiyəli müğənni Yıldız Tilbe təqaüdə çıxıb. xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşım edib. "Təqaüdçü oldum. Əvvəllər təqaüdçülərə bir ev, bir maşın verilirdi. İndiki təqaüdçülərə Allah kömək olsun. Heç kimə möhtac olmamaq üçün ömür boyu işləməyin qarşılığında verilən təqaüd budurmu

28.03.2024 215
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Türkiyəli məşhur sevgilisindən ayrıldı - FOTO

Türkiyəli müğənni Buray sevgilisindən ayrılıb. BİG.AZ -a istinadən xəbər verir ki, ifaçının aktrisa Ezgi Şenler ilə münasibəti qısamüddətli olub. Belə ki, yeni filminin mətbuat konfransında səssizliyini pozan aktrisa bunları deyib:. "Bütün münasibətlərdəki kimi, eşq başlayır və bitə də bilir. Aramızd

24.03.2024 304
.

"Reytinqə görə verilişlər korlandı"

Müğənni Elnarə Xəlilova Əməkdar artist Elnarə Abdullayevanın sözlərinə dəstək olub. Axşam.az xəbər verir ki, ifaçı sğnət adamlarına səsləni:. "Reytinq adı altında verilişlərimiz korlandı. Musiqimizi bərbad hala saldılar. Artıq dur deməyin vaxtıdır. Sənəti bilənlər, Azərbaycan musiqisinin qeydin

26.03.2024 682
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 504