Azərbaycanlı alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq - FOTO

Azərbaycanlı alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq - FOTOAzərbaycanlı alim mənzillərdə yaranan dəm qazını atmosferin yuxarı qatlarına atan, bununla da zəhərlənmə və ölüm hallarına son qoyan sadə quruluşlu, lakin çox mühüm qurğu ixtira edib. Alimin ixtirasının digər mühüm cəhəti ondan ibarətdir ki, qurğunun fəaliyyəti üçün heç bir enerji sərf olunmur. Çünki qurğu yalnız küləyin, yaxud evdə yaranmış dəm qazının təsiri ilə fəaliyyətə başlayır və insanları ölümdən qoruyur.

BiG.AZ bildirir ki, buxarılara quraşdırılan təbii ventilyasiya qurğusunun yaranma ideyası, quruluşu və iş rejimi haqqında ixtiranın müəllifi, Azərbaycan Dövlət Aqrar Universitetinin Texniki mexanika və qrafika kafedrasının müdiri, texnika üzrə fəlsəfə doktoru Şahlar Babayev AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.

Şahlar Babayev deyib ki, bu qurğunu 2014-cü ildə Prezident İlham Əliyevin həmin ili "Sənaye ili" elan etməsi ilə əlaqədar ixtira edib. Yeni ixtira ilə otaqdakı yanmış və yanmamış qazları, eləcə də mətbəxdəki xoşagəlməz qoxunu buxarılardan çıxararaq atmosferin yuxarı qatına atmaq, habelə otaqlara dolmuş dəm qazının təsirindən zəhərlənmə və ölüm riskini aradan qaldırmaq mümkündür.

Şahlar Babayev qeyd edib ki, zəhərlənmənin əsas səbəblərindən biri də bacalara daxil olan və oradan dəm qazının hərəkətinə mane olan küləkdir. Bu qurğu isə külək nəticəsində işə düşür. Həm də qurğunun borusu diyircəklər üzərində yerləşdirildiyindən onun gövdəsi küləyə qarşı çevrilir və külək bacalara daxil ola bilmir. Beləliklə, hündürmərtəbəli binaların damındakı bacalara, yaxud tüstü borularına quraşdırılan yeni qurğu atmosferin üst qatındakı külək nəticəsində işə düşür və neçə-neçə ailəyə bədbəxtlik gətirən küləyin özü həmin insanların xilaskarına çevrilir.

Bu vaxta qədər qurğunun müxtəlif forma və parametrlərinə, eləcə də iş mexanizminə görə Standartlaşdırma, Metrologiya və Patent İdarəsi tərəfindən iki patent alındığını qeyd edən alim bildirib ki, hazırda qurğunun daha da təkmilləşdirilməsi və onun böyük texnoloji imkanlara malik variantını hazırlamaq istiqamətində işlər davam etdirilir.

Quruluşu çox sadə olan bu qurğunu hazırda bütün çilingər emalatxanalarında düzəltmək və evlərin damında yerləşdirmək mümkündür. İndi alimin əsas istəyi həmin qurğunun sənayedə kütləvi istehsalına, eləcə də müxtəlif təsərrüfatlarda, kimya laboratoriyalarında, ən əsası isə yaşayış binalarında təyinatı üzrə tətbiqinə nail olmaqdır.

Azərbaycanlı alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq - FOTOAzərbaycanlı alimin ixtirası dəm qazından boğulma hallarına son qoyacaq - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1260   Tarix: 18 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

13:57 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

16:28 0
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

Dilan Polatın "qara qutusu" Şule əvvəl villa aldı, sonra gecə klubu açdı

Dilan Polatın özbəkistanlı köməkçisi Xaydarova deportasiya edildikdən sonra ölkəsində gecə klubu açıb. xarici mediaya istinadən xəbər verir ki, Dilan Polatın qara qutusu kimi tanınan özbəkistanlı köməkçisi Şulə gecə klubu açıb. Ölkəsinə qayıdarkən təyyarədən çəkdirdiyi TikTok videosunu "Millət olara

12:09 0