40 yaşlı Bakı sakini xiyar turşusundan zəhərlənərək ölüb

40 yaşlı Bakı sakini xiyar turşusundan zəhərlənərək ölüb

Bakının Binəqədi rayonunda orta yaşlı kişi konservləşdirilmiş pomidor-xiyardan zəhərlənərək ölüb.

BiG.AZ "Report"-a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Hümbətov Anar Musa oğlu zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi "MedEra Hospitalı"nda dünyasını dəyişib.

Ölən şəxsin qohumları bildiriblər ki, onlarda A.Hümbətovun ölümü ilə bağlı şübhə yarandığı üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Eskpertlər ölümün dəqiq səbəbini araşdırırlar.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 630 Tarix: 16.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər