Bakıda məşhur ticarət mərkəzində intihara cəhd oldu

Bakıda məşhur ticarət mərkəzində intihara cəhd oldu

Bakıda intihara cəhd edilib.

BiG.AZ-n apa-ya istinadən məlumatına görə, hadisə bu gün saat 11.00 radələrində "AMAY” Ticarət Mərkəzində qeydə alınıb. Naməlum kişi ticarət mərkəzinin damına çıxaraq özünü atmaq istəyib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onu fikrindən daşındıra bilib. İntihar etmək istəyən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə təhvil verilib.

Polisdən APA-ya bildirilib ki, hazırda intihara cəhd edən şəxsin izahatı alınır. İlkin məlumata görə, həmin şəxs 93 min manat pulunun mənimsənildiyi üçün intihar etmək istəyib.

Faktla bağlı araşdırma aparılır.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 717 Tarix: 16.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
texno_tex
texno_tex 16.12.2017
bedbext Adam


 
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər