Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi - VİDEO

Bakıda maşınını evakuator aparan sürücü görün nələr etdi - VİDEO

Qaçaraq evakuatora çatan sürücü maşın gedə-gedə yük yerinə çıxıb

Fevralın 14-də Bakıda avtomobili evakuatorla cərimə meydançasına aparılan sürücü qeyri-adi hərəkət edib. Baş verənlər isə avtosfer.az-ın kamerasına tuş gəlib. «Mercedes» markalı, 99-EO-657 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mustafa Sübhi küçəsi ilə Fuad İbrahimbəyov küçəsinin kəşişməsində dayanma-durma qaydasını pozduğuna görə onun avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin «Siqnal» İdarəsinə məxsus 90-JM-007 qeydiyyat nişanlı evakuatora yüklənərək duracağa aparılıb. Mağazadan çıxıb avtomobilinin duracağa aparıldığını görən sürücü isə xeyli məsafəni qaçaraq maşına çata bilib.

O, İnşaatçılar prospektində evakuatorun dayanmasını fürsət hesab edərək onun üstünə çıxıb və öz avtomobilinə əyləşib. Evakuatorun sürücüsü bunu görsə də, səhlənkarlıq edib və hərəkəti davam etdirib. Burada qanunvericiliyin tələbi kobud şəkildə pozulub. Çünki evakuatorun sürücüsünün hərəkətə başlaması digər şəxsin evakuatordan yıxılmasına səbəb ola bilərib. Bu əməlinə görə evakuator sürücüsünü yükdaşıma qaydalarını pozduğu üçün 40 manat cərimə gözləyir.


Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4285 Tarix: 16.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər