Qarabağ üçün kritik bir ay: Nazir nəyə eyham vurdu?

Qarabağ üçün kritik bir ay: Nazir nəyə eyham vurdu?Məhəmməd Əsədullazadə: "Mümkündür ki, bundan sonra danışıqlar fərqli istiqamətdə aparılsın"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsindən danışıb. "News.az" saytına açıqlama verən nazir jurnalistin "Ermənistanlı həmkarınız Vyana görüşündə Azərbaycan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatına qoşulmadığını deyir. Bu barədə fikirlərinizi öyrənmək istərdik?" sualına cavabı belə olub: "Çox qəribə səslənir. Mənim kimi Ermənistan xarici işlər naziri də həmsədrlərin bəyanatına müəyyən redaktələr etməyə çalışdı, amma sonra o da Ermənistanın bu bəyanata qoşulmasından imtina etdi. Dövlət başçıları səviyyəsində bu ilin oktyabrında keçirilmiş Cenevrə görüşündən sonra mövcud danışıqların ruhuna və mahiyyətinə, danışıqlar masasında olan təkliflərə zidd bir formada onu şərh edən tərəf də məhz Ermənistan oldu".

E.Məmmədyarovun sözlərinə görə, Vyana görüşünündən sonra razılıq əldə olundu ki, gələn ilin yanvar ayının ortalarında xarici işlər nazirləri səviyyəsində münaqişənin həlli üzrə intensiv, konkret və substantiv danışıqlar davam etdirilsin: "Bir aydan sonra biz Ermənistanın danışıqlarda nə dərəcədə ciddi şəkildə iştirak etdiyini görəcəyik və nəticə etibarilə, hansı istiqamətə doğru gedəcəyimiz aydın olacaq. Bütün beynəlxalq ictimaiyyətə aydındır ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində tələb olunduğu kimi, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır".

Məmmədyarovun yaratdığı gözlənti və reallıq

Məmmədyarov açıqlamasında qeyd edir ki, 1 aydan sonra danışıqların hansı istiqamətdə getməsi aydın olacaq. Lakin nazirin bu açıqlaması ilə hansı gözləntini yaratmasından asılı olmayaraq, reallıq budur ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilmək niyyətində deyil. İsveçrədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşəndən sonra Ermənistan prezidenti Serj Sarkisyan da qəti şəkildə bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi Dağlıq Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması prinsipi ilə həll edilməyəcək. Yəni, Ermənistan Dağlıq Qarabağ bölgəsini Azərbaycana qaytarmaq niyyətində deyil, ətraf rayonları da o halda qaytara bilər ki, Azərbaycan Dağlıq Qarabağı ya "müstəqil subyekt" kimi qəbul etsin, ya da Ermənistana birləşdirilməsinə razı olsun. Azərbaycan da bu tələblə razı deyil. Rəsmi Bakının mövqeyi budur ki, Dağlıq Qarabağla yanaşı, ətraf rayonlar da Azərbaycana qaytarılmalıdır.

Sarkisyan sözünü deyib, bəs Azərbaycan...?

Başqa sözlə, münaqişə tərəfləri arasında ziddiyyətlər açıq formada ortadadır, bu da problemin həllinə mane olur. Ermənistan istər müstəqil, istərsə də iddia edildiyi kimi Rusiyanın təsirləri altında torpaqları geri qaytarmaq istəmir. Bunun fərqi yoxdur, reallıq budur ki, heç bir halda nə Rusiyanın, nə də Ermənistanın münaqişənin Azərbaycanın istəkləri daxilində həllinə razılığı yoxdur. Azərbaycan isə bu vəziyyətdə sonuncu alternativ kimi müharibəyə başlamaq niyyətindəymiş kimi görünmür. Ehtimal da budur ki, istər beynəlxalq təzyiqlər, istərsə də Rusiya kimi super-gücün Ermənistan tərəfində yer alması Azərbaycanı sonuncu variantı nəzərdən keçirməsinə mane olur. Lakin bu, torpaqların işğalda qalması reallığını dəyişdirmir. Vəziyyət də elə bir həddə çatıb ki, nə Azərbaycan, nə Rusiya, nə də Ermənistanın problem barədə hansı düşüncədə olması barədə fikir yürütmək müşkül məsələyə çevrilib.

"Danışıqlar fərqli istiqamətdə aparıla bilər"

Qarabağ üçün kritik bir ay: Nazir nəyə eyham vurdu?Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət" qəzetinə açıqlamasında bildirib ki, son 4 ayda Qarabağ münaqişəsi ətrafında aktivlik müşahidə olunur. Politoloq qeyd edib ki, oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş ən yadda qalan hadisədir: "Bu görüşdə tərəflər danışıqların davam etdirilməsi və cəbhə xəttində atəşkəs rejiminə riayət edilməsi barədə ümumi razılığa gəliblər. Hazırda danışıqlar Minsk Qrupu formatında, həmçinin Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərliyi səviyyəsində aparılır. Burada münaqişənin həllində əsas moderatorluğu Rusiya edir və onun irəli sürdüyü təkliflər üzrə danışıqlar aparılır. Lavrovun Bakı və İrəvana səfəri və nazirlər səviyyəsində keçirilən görüşdən də görünür ki, Azərbaycan tərəfi hələ də danışıqların nəticə verəcəyinə ümid edir. Elmar Məmmədyarov erməni həmkarı ilə görüşündən razı qaldığını dedi. Bir aydan sonra yenidən XİN rəhbərləri görüşəcəklər və bu görüşdən gözləntilər var. Hesab edirəm ki, bu görüşdə də işğal edilmiş ərazilərin qaytarılması barədə hansısa anlaşma olmayacaq və sənəd imzalanmayacaq. Mümkündür ki, bundan sonra danışıqlar fərqli istiqamətdə aparılsın".

M.Əsədullazadə qeyd edib ki, gələn ilin aprel ayında Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra yeni konstitusiya uyğun olaraq, dövləti baş nazir idarə edəcək: "Hazırkı prezident Serj Sarkisyanın prezidentlik müddəti bitdiyindən baş nazir kimi hakimiyyətdə qalmaq iddiasındadır. Buna görə də Sarkisyanın Qarabağ münaqişəsində hansısa real razılığa gəlib, işğal olunmuş ərazilərin boşaldılmasına gedəcəyi inandırıcı görünmür. Amma bu siyasəti Sarkisyana daxildə əlavə problemlər yaradacaq. Lakin buna baxmayaraq, Azərbaycan fəal diplomatik danışıqlar aparsa da Rusiya imkan verməyəcək ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etsin. Rusiya öz şərtləri ilə Azərbaycanın qarşısına həll variantlarını qoyub".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1049   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949