Zaqatala Beynəlxalq hava limanı yenidənqurmadan sonra istismara verilib - FOTOLAR

Zaqatala Beynəlxalq hava limanı yenidənqurmadan sonra istismara verilib - FOTOLARBakı - Zaqatala Beynəlxalq hava limanı əsaslı yenidənqurmadan sonra rəsmən istismara verilib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, Zaqatala Beynəlxalq hava limanının yenidən qurulması Prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib.

Hava limanının ərazisində geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilmiş, perron xeyli genişləndirilmiş, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılmış, həmçinin aerovağzal kompleksinin binası təmir edilib.

Hava limanının yenidənqurmadan sonra açılışı ilə bağlı keçirilən tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Etibar Hüseynov, Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, "AzVirt" şirkətinin direktoru Kamil Əliyev və digərləri iştirak edib. Hava limanının açılışı günü buraya ilk dəfə olaraq dünyanın ən böyük sərnişin təyyarələrindən biri - "Airbus A340-500" təyyarəsi enib.

Azərbaycanın "AzVirt" şirkəti tərəfindən həyata keçirilən tikinti işləri nəticəsində hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı tikilib. Uçuş-enmə zolağı və perronda ümumi qalınlığı 92 sm olan yol geyimi konstruksiyası, o cümlədən 37 sm asfalt-beton layları döşənib. Yeni zolaq beynəlxalq tələblərə cavab verir və Zaqatala Beynəlxalq hava limanına geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.

Eyni zamanda hava limanının ərazisində tikinti işləri üçün asfalt-beton qarışığının hazırlanması məqsədilə səyyar asfalt-beton zavodu quraşdırılıb. Uçuş-enmə zolağının yenidənqurması üçün ümumilikdə 121 000 ton asfalt-beton istifadə olunub. Ümumilikdə tikinti işləri 166 000 kv. metr ərazidə aparılıb.

Zaqatala Beynəlxalq hava limanının sahəsi 31 000 kv. metr olan yeni böyük və rahat perronu müasir geniş füzelyajlı təyyarələrə xidmət göstərməyə, həmçinin orada eyni vaxtda bir neçə orta magistrallı hava gəmilərini yerləşdirməyə imkan verir. Yenidənqurma prosesində ən müasir texnologiyalar tətbiq olunmuşdur ki, bu da təyyarələrə xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Yeni uçuş-enmə zolağının təchizatı üçün müasir naviqasiya və multilaterasiya sistemlərindən, həmçinin meteoroloji və işıq siqnalı avadanlıqlarından istifadə olunub. Zaqatala hava limanı ərazisində təhlükəsizlik zolaqları və radio-naviqasiya, metereoloji avadanlıqlarının yerləşdirilməsi üçün ərazinin şaquli planlaşdırılması işləri daxil olmaqla, 750 000 kub metrdən çox torpaq işləri görülmüşdür. Uçuş-enmə zolağının uzadılması ilə əlaqədar yeni işıq-siqnal sistemləri qurulub və bu işıq-siqnal sistemləri dispetçerlər tərəfindən qüllədən idarə olunacaq. Aeroportun perimetri üzrə 5,5 km uzunluğunda mühafizə hasarı çəkilmiş, patrul yolu inşa edilib. Hava limanının ərazisinin çay qolu ilə kəsişməsiylə əlaqədar olaraq uçuş enmə zolağının yuyulub aparılmasının qarşısını almaq məqsədilə uzunluğu 182 metr olan 3x2 metr ölçüdə tunel tikilib.

Zaqatalada 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində aerovağzal binasında sıradan çıxmış havalandırma-istilik sistemlərin, kanalizasiya xətlərinin bərpası, aerovağzal binasının təmir işləri aparılıb. Vağzalyanı meydanda avtomobil dayanacağı 1200 kv. metr genişləndirilərək 150 minik avtomobilini qəbul olunması üçün şərait yaradılıb.

Zaqatala Beynəlxalq hava limanında xüsusi təyyarə-laboratoriya vasitəsilə sınaq uçuşları yerinə yetirilmiş, radiopellengator, enmə sistemləri, işıq-siqnal sistemləri uçuşla yoxlanılmış, nəticədə avadanlıq və sistemlərin mövcud yararlıq normalarına uyğunluğu təsdiq edilib.

Qeyd edək ki, Zaqatala hava limanının istismara verilməsi regionda turizmin və yük dövriyyəsinin inkişafına böyük stimul ola bilər.

Zaqatala Beynəlxalq hava limanı yenidənqurmadan sonra istismara verilib - FOTOLARZaqatala Beynəlxalq hava limanı yenidənqurmadan sonra istismara verilib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda ərini öldürməkdə təqsirləndirilən qadınla bağlı YENİ XƏBƏR

Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt şəhər Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizanın rəyin

18.04.2024 355
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BİG.AZ-a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17.04.2024 533
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 458
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 943
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18.04.2024 422
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 196
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 276
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 242