Müsabiqənin finalçılarına sertifikatlar təqdim olunub - FOTO

Müsabiqənin finalçılarına sertifikatlar təqdim olunub - FOTOBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsinin I hissəsi olan təcrübə işi ilə əlaqədar tədbir keçirilib.

Bakı Mühəndislik Universitetində (BMU) təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BMU-nun rektoru Havar Məmmədov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, finala vəsiqə qazanan məktəblərin komandaları və KİV nümayəndələri iştirak edib.

Müsabiqə çərçivəsində təcrübə işinin təşkilində məqsəd universitet-məktəb əməkdaşlığını genişləndirmək, məktəblilərin tədqiqat işlərinə marağını artırmaq, ali təhsil müəssisələrinin təcrübə imkanlarından şagirdlərin istifadə etməsinə şərait yaratmaqdan ibarətdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan BMU-nun rektoru Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan məktəbliləri təbrik edib. Rektor çıxışında bildirib ki, belə müsabiqələr şagirdlərin bilik və bacarıqlarının artmasına müsbət təsir göstərir. Havar Məmmədov müsabiqənin final mərhələsinə vəsiqə qazanan komandaların təcrübə işinə hazırlıqla əlaqədar BMU-da təşkil olunan təlimlərdə iştirak etdiyini və məktəblilərin daha geniş auditoriya, universitetin elmi-tədqiqat laboratoriyalarındakı müasir texniki aparat və cihazlarla əyani şəkildə tanış olduğunu da qeyd edib.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva BMU-nun rəhbərliyinə və kollektivinə müsabiqə çərçivəsində təcrübə işinin təşkilinə yaradılan şəraitə görə təşəkkürünü bildirib. İdarə müdiri sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, istedadlı və bacarıqlı şagirdlərin üzə çıxarılmasının vacibliyini qeyd edib.

M.Vəliyeva müsabiqənin məktəblilərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil edildiyini söyləyib.

Çıxışlardan sonra müsabiqənin final mərhələsinə vəsiqə qazanan Yasamal rayonu üzrə 52, Nərimanov rayonu üzrə 39, Nəsimi rayonu üzrə 164, Qaradağ rayonu üzrə 288, Suraxanı rayonu üzrə 290, Xəzər rayonu üzrə 120, Pirallahı rayonu üzrə 186, Sabunçu rayonu üzrə 72 və 252, Binəqədi rayonu üzrə 283 və 313, Nizami rayonu üzrə 62 və 312 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın və Xətai rayonu üzrə 287 nömrəli "Zəkalar" liseyinin komandaları təcrübə işini yerinə yetirib.

Sonda final mərhələsinin I hissəsində iştirak edən 15 komandanın tərkibindəki 45 şagirdə BMU tərəfindən sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsinin II hissəsində şagirdlər ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq, 2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetirəcəklər.

Doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi 5 balla qiymətləndiriləcək. Ən çox bal toplayan komanda qalib elan olunacaq.

Müsabiqənin finalçılarına sertifikatlar təqdim olunub - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 640   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən hadisə ilə bağlı RƏSMİ CAVAB - FOTO/VİDEO

Aparıcı Şəbnəm Naibli evinin yandırıldığını iddia edib. -in məlumatına görə aparıcı, sosial şəbəkədə video yayımlayaraq hadisənin qəsdən törədildiyini və kiminsə bununla ona gözdağı vermək istədiyini qeyd edib. Hadisənin 5 gün əvvəl yaşandığı vurğulanıb:. "Martın 24-də evim yandırıldı. Hansı ki

13:03 0
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0