Azərbaycanda orqan transplantasiyası problemi

Azərbaycanda orqan transplantasiyası problemiBütün dünyada orqan köçürülməsi əməliyyatları həyata keçirilir və qəfil ölən insanların orqanları donor gözləyən xəstələrə köçürülür. Əksər ölkələrdə sadə vətəndaşlardan tutmuş, cəmiyyətdə müəyyən mövqeyə sahib olan insanlara qədər orqanlarının bağışlanmasını vəsiyyət edənlər var. Xatırladaq ki, Azərbaycanda da millət vəkili Qənirə Paşayeva öz orqanlarının bağışlanmasını vəsiyyət edib.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, ölkəmizdə qəfil ölən insanların orqanlarının götürülməsi faktı olmasa da, az da olsa, böyrək, qaraciyər kimi orqan nəqli əməliyyatları həyata keçirilir.

Orqanlarını bir-birinə verənlər isə daha çox yaxın qohumlardır. Çünki cəmiyyət olaraq heç kim cavan yaşda ölmüş yaxınının yarılmasını və orqanlarının götürülməsini istəmir.

Bu günlərdə Mərkəzi Neftçilər Xəstəxanasında keçirilən mətbuat konfransında xəstəxananın cərrahiyyə və orqan transplantasiyası bölməsinin müdiri Mircəlal Kazımi orqan transplantasiyası barədə həqiqətəuyğun olmayan məlumatlar yazıldığını bildirərək, hazırda əsas məqsədin meyitdən donor köçürmə məsələsi olduğunu deyib: "Azərbaycanda - Mərkəzi Neftçilər Xəstəxanasında on ilə yaxındır orqan köçürmə əməliyyatları aparılır və bu müddət ərzində bizim xəstələrin 95 faizinin əməliyyatı uğurlu olub. Yeddi xəstəmiz əməliyyatdan sonra valideyn olub. Təkcə bu il 76 xəstəyə böyrək və 9 qaraciyər transplantasiyası həyata keçirilib. Bu sahədə çətinliklərdən biri də qan qrupunun uyğun olmamasıdır. Bu problemin həlli yollarından biri də dünyada nadir əməliyyatlardan sayılan çarpaz orqan transplantasiyasıdır. Bu əməliyyat, əsasən, II və III qan qrupları olan xəstələrdə mümkündür. Artıq bizim təcrübəmizdə bu, Azərbaycanda ilk dəfə həyata keçirilib".

Tədbirdə iştirak edən Mərkəzi Neftçilər Xəstəxanası transplant nefroloqu Elnur Fərəcov ölkədə transplantasiya əməliyyatı edilənlərin 22 faizinin uşaqlar olduğunu deyib. O, orqan köçürülən uşaqlardan ən kiçiyinin 5 yaşında olduğunu bildirib. Nefroloqun sözlərinə görə, dializə başlamadan orqan köçürmək daha uğurlu sayılır. E.Fərəcov bildirib ki, orqan transplantasiyası xəstələrin yaşama şansını 8-9 dəfə artırır.

M.Kazımi bundan sonra əsas məqsədin meyitdən donor köçürülməsini həyata keçirmək olduğunu deyib. O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır.

Maraqlıdır, hansı təlimatlar olmalıdır ki, ölüdən orqanlar alına bilsin?

Tibb elmləri doktoru, professor Adil Qeybulla orqan köçürülməsi üçün qanun qəbul etməyin hələ yetərli olmadığını dedi: "İnsan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürmək olar. Orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var. Orqan kimdən köçürülə bilər? Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər. Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir. Orqan köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Orqanı köçürülə bilən adamlar, adətən, cavan adamlar olmalıdır. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır.

Yəni elə xəstəliklər var ki, o xəstədən orqan köçürmək məsləhət deyil. Sağlam və cavan adamların yarılıb ondan orqan götürülməsinə hansı valideyn icazə verəcək?! Cəmiyyət buna hazırdırmı?! Neftçilər Xəstəxanasında bir-iki epizod olub ki, ata-anadan orqan götürüb köçürüblər. Bu donor haqqında qanunun, orqan nəqlinin bir sistem şəklini alması demək deyil. Əvvəla, orqan nəqli konsepsiyası bir sistem olmalıdır. Bu sistem ondan ibarətdir ki, donor bankı yaradılmalıdır və cəmiyyət buna psixoloji hazır olmalıdır. Cəmiyyət daxilən qəbul etməlidir ki, dünyasını dəyişməkdə olan, həyatını itirməkdə olan bir insanın orqanı başqa bir insana həyat verə bilər. Biz bunu bir növ qəbul etməliyik. Yalnız qəbul etdikdən sonra buna hazır ola bilərik. Təbliğat aparmaq, cəmiyyəti buna hazırlamaq lazımdır. Digər tərəfdən də sistem odur ki, tutaq ki, Azərbaycanın bir rayonunda bir orqana ehtiyac varsa, başqa bir rayonda da donor daxili orqan götürülübsə, dərhal növbədə olan adama köçürülür. Dünyanın hər yerində bu cür sistem var".

A.Qeybulla icbari tibbi sığorta olmadan da bunu həyata keçirməyin real olmadığını dedi: "İnsanların bunu kütləvi şəkildə həyata keçirmək imkanları məhduddur. Bu gün nə qədər qaraciyər köçürməsinə ehtiyacı olan adam dünyasını dəyişir. Bunların hansı gedib orqan köçürə bilir?! Bu çox bahalı bir əməliyyatdır və hər adamın da cibinə, büdcəsinə uyğun deyil. Buna görə də hesab edirəm ki, biz bəzən "çaya çatmamış çırmalanırıq". Qanunlarımız da bu cürdür, gördüyümüz işlər də çox vaxt bu cür olur. Biz hansısa qərarı qəbul edərkən bu qanunun işlək mexanizmini, infrastrukturunu düşünmürük. Bu da qanunun çox vaxt kağız üzərində qalmasına səbəb olur. Bu, sistem şəklini almalıdır. Bunun üçün də səhiyyə islahatları axıra qədər getməlidir, cəmiyyət buna hazır olmalı, donor haqqında qanun layihəsi olmalıdır, bunun işlək mexanizmi olmalıdır. Tək o qanunu qəbul etmək hələ yetərli deyil".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 699   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122