Bakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEO

Bakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEO"Ocağıma əncir ağacı əkdin" ifadəsi hamınıza tanışdır. Yurd-yuvası kiminsə tərəfindən dağıdılan, xaraba qoyulan, viran edilən deyir çox zaman bu sözü.

Onların ocağına isə, sözün əsl mənasında təbiət özü əncir ağacı əkib. Həm də beş mərtəbəli binanın ikinci mərtəbəsinin divarına. Vəziyyət nə qədər komik, eyni zamanda acınacaqlı olsa da, təəssüflər ki, Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxana sakinlərinin vəziyyəti heç kimi maraqlandırmır.

Yataqxanada məcburi köçkün və qaçqın ailələr, şəhid ailələri yaşayır.

BiG.AZ xəbər verir ki, sakinlərin sputnik.az-a dediyinə görə, bina 2 dəfə – 2014 və 2016-cı illərdə qəzalı elan edilib. Bu il isə Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintiyə Nəzarət Agentliyi tərəfindən binaya bərpa-gücləndirilmə aktı yazılsa da, bina nə bərpa edilib, nə də bina sakinlərinin vəziyyəti ilə kimsə maraqlanıb.

Sakinlərin sözlərinə görə, agentlik Bakı Şəhər İcra Hakimiyyətinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə köçürülmələri üçün müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

"Binada bir dənə də olsun dəmir konstruksiya yoxdur. Bina istismar müddətini bitirib. Artıq binanın daşlarında torpaqlaşma getdiyi üçün divarlarda ağaclar bitib. Binada panellərin arasından su başımıza tökülür. Sanitar qovşaqlarından normal şəkildə istifadə edə bilmirik. Panellərin arasında olan armaturlar belə istismar müddətini başa vurub. Bina hər an uçma təhlükəsi ilə qarşı-qarşıyadır" — deyir Fatma Talıbova.

O, sözügedən yataqxanada 1993-cü ildən yaşadığını bildirir. Füzuli qaçqınıdır, Bakıya gələndən bu yataqxanada məskunlaşıb: "Əvvəlcə yataqxananın vəziyyəti normal olsa da, illər keçdikcə istismar müddətini bitirib. İndi yataqxanada vəziyyət acınacaqlıdır. Döşəmələr çürüyüb, divarlar rütubətdən kif atıb, mənzillərin tavanı damır".

Yataqxananın ümumi hamam otağı sıradan çıxdığı üçün sakinlər mətbəxdə həm yemək bişirir, həm də çimirlər. Yataqxana sakini Natiq Novruzzadənin sözlərinə görə, dövlət tərəfindən müəyyən güzəştlərə sahib olsalar da, bu şəraitdə yaşamaq çox çətindir.

Sakinlər hesab edirlər ki, onlar aidiyyatı qurumların yadından çıxıblar. "Fikir verin, burada yaşamaq olarmı? Mənim oğlum iki il əsgərliyə gedə bilmədi. İki il müalicə aldı. Sonra birtəhər sağaldı. Göndərdim əsgərliyə" – deyən Tükəzban Hüseynova 1996-cı ildən bu yataqxanada yaşadığını bildirir.

Yataqxananın gənc sakinlərinin sözlərinə görə, binanın acınacaqlı vəziyyəti onların sağlamlığına da təsir edib. Birinin revmatizması var, digərinin onurğa sütununda problemi.

Yataqxananın dəhlizlərinin döşəməsi o qədər dəlik-deşikdir ki, sakinlər mənə hər addımda "ehtiyatlı olun, yıxılarsınız" deyə xəbərdarlıq edirdilər. Qeyd edim ki, yataqxananın divarlarını çöl tərəfdən mamır basıb, divarda müxtəlif otlar, əncir ağacı bitib.

Yataqxana sakini Pərişan Qurbanova deyir ki, oğlu 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə itkin düşüb: "Özüm də 1992-ci ildən burada yaşayıram. Şəraitimiz də bərbad, özünüz görürsünüz. Mətbəxdə həm yemək bişiririk, həm də çimirik. Təsəvvür edin, biri çimir, o biri qapını döyür ki, çıx, mən yemək bişirəcəyəm".

Sakinlər onu da əlavə edirlər ki, həyətlərinin yarısı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən satılıb və hazırda həyətdə yeni çoxmərtəbəli bina tikilir: "Bizim üçün bir kiçik yol qoyublar. Bir yanğın olsa, maşınlar girə bilməyəcək ki, alovu söndürsün. Yataqxananın dəhlizləri o qədər darısqaldır ki, yanğın olsa, elə sakinlər içəridə boğulub öləcək".

Sonra yataqxananın zirzəmisinə düşürəm. Kif qoxusu verən, su dolu zirzəmiyə davamlı olaraq haradansa su axır. Binanın hər an çökmə ehtimalı var.

Diqqətə çatdıraq ki, hazırda binada 112 ailə yaşayır. Və onların həyatı təhlükədədir.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən münasibət öyrənmək cəhdləri nəticəsiz qalıb.

Bakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEOBakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEOBakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEOBakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEOBakıda qeyri-adi həyat tərzi keçirən 112 ailə: divarlarda ağac bitir, mətbəxdə çimirlər… – VİDEO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2167   Tarix: 15 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 170
.

İnfarkt riskini sıfıra endirən şirə

Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər. xəbər veri

25.04.2024 179
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25.04.2024 514
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

25.04.2024 132
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

25.04.2024 314
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

25.04.2024 438
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

25.04.2024 486
.

İsrailin Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist həlak olub

İsrailin Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb. Bu barədə Qəzza hökuməti məlumat yayıb. Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsind

25.04.2024 148
.

İsrail əsgərləri 12 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 12 fələstinlini əsir götürüb. xəbər verir ki, İsrail ordusunun İordan çayının qərb sahilinin Tulkərim, Ramallah, Hebron və Qüdsdə keçirdiyi basqınlarda biri uşaq və keçmiş məhbusların da olduğu ən azı 12 fələstinlini nəzarətə götürdüyü bildirilib

25.04.2024 130