Borca görə uşaq bağçalarının işığını kəsdilər

Borca görə uşaq bağçalarının işığını kəsdilər"Elektrik borcuna görə uşaq bağçasının işığını kəsiblər. Uşaq neçə gündür xəstədir. Nə qədər iynə-dərman almışıq. Bu, nə özbaşınalıqdır, harada görünüb ki, uşaq bağçasının, körpələr evinin işığını kəsələr?"

BiG.AZ xəbər verir ki, bunu bizimyol.info saytına müraciətində Ağdaş rayon sakini Fəqan Məmmədov deyib.
O qeyd edir ki, Ağdaş Elektrik Şəbəkəsinin müdiri Mirkazım Qubadovun rayonda borcu olan idarə-müəssisələrinin hamısının işığını kəsilməsi ilə bağlı göstərişi uşaq bağçalarına da aid edilib. F.Məmmədov deyir ki, onun övladı Ağdaş şəhər 1 saylı uşaq bağçasına gedir. "Yeni tikilmiş, bütün standartlara uyğun bağçadır. Dedilər ki, bağça tikilərkən inşaat işləri zamanından bağçanın işıqpulu borcu qalıb. İstilik kombi sistemidir. Ancaq elektrik kəsildiyi üçün kombi də qızdırmır. İki həftədə bir neçə dəfə işığı kəsiblər. Uşaqlar da soyuq bağçada xəstələnirlər. Axı iki dövlət qurumunun bir-birinə borcu varsa, burada körpələrin günahı nədir?"

Digər valideyn Əhmədiyyə Çələbiyev də bildirir ki, iki uşağı həmin bağçadadır: "2 uşağıma soyuq olur. İşıq olmadığı üçün nə istilik sistemi işləyir, nə su var. Bir sözlə, acınacaqlı vəziyyətdir".

Ötən həftənin sonu Ağdaş çəhərində daha bir neçə bağçanın işığı kəsilib. 5, 6, 9 və 11 saylı bağçaların işığı isə dünən bərpa edilib.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə məsələ ilə bağlı açıqlama verib.
O qeyd edib ki, uşaq bağçaları kimi müəssisələr hər zaman belə məsələlərdə nəzərə alınsa da, abonentlər arasında fərq qoymaq olmur: "Uşaq bağçaları, məktəblər, sosial vəziyyəti yaxşı olmayan əhali mütəmadi olaraq nəzərə alınır. Əlbəttə ki, körpə uşaqların nə günahı var? Amma istənilən abonentə dəfələrlə xəbərdarlıq etdikdən sonra isə elektriki kəsməli oluruq. Çünki abonent bütün hallarda işlətdiyi eletrikin pulunu ödəməlidir. əgər pul ödənilməsə, biz elektrik təminatını necə həyata keçirə bilərik? Ona görə borc ödənilməlidir", – deyə Tanrıverdi Mustafayev bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 638   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İdarə rəisi təqaüdə göndərildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. Avtosfer-ə istinadən xəbər verir ki, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamra

27.03.2024 487
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27.03.2024 349
.

Çin atmosfer və kosmos mühitini müşahidə edən peyklər buraxıb

Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yünhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib. xəbər verir ki, Sinxua agentliyinin xəbərinə görə, "Yünhay-2 03" peykləri "Long Mart 6" raketi ilə ölkənin şimalındakı Şansi əyalətindəki Tayyüen Pey

27.03.2024 181
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27.03.2024 269
.

Qida zəhərlənməsindən necə qorunaq?

Qida zəhərlənməsi bir çox insanın başına gələn haldır. Bəs özümüzü bundan necə qoruyaq?. Qida mütəxəssisi Ağa Salamov -a bildirib ki,təlim keçməmiş aşpaz heyətinin və düzgün saxlanma rejiminin olmaması, emal prosesində buraxılan səhvlər, qida məhsullarının fifosisteminin pozulması zəhərlənməyə səbə

27.03.2024 280
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0