Rusiya prezidenti mətbuat konfransında əsəbiləşdi: "Siz ümumiyyətlə, adamsınız?"

Rusiya prezidenti mətbuat konfransında əsəbiləşdi: "Siz ümumiyyətlə, adamsınız?"

Rusiya prezidenti Vladimir Putin bu günkü mətbuat konfransında ABŞ senatorlarının və konqresmenlərinin Rusiyanı Şimali Koreya və İranla tərəzinin eyni gözünə qoymasını sərt ifadələrlə tənqid edib.

BiG.AZ xəbər verir ki, Putin bu barədə jurnalistlərdən birinin Rusiyanın Şimali Koreya ilə ABŞ arasında az qala nüvə müharibəsinə gətirib çıxaracaq qarşıdurmada mümkün vasitəçiliyi ilə bağlı sualına cavab olaraq danışıb.

“Siz fikir verməmisiniz ki, senatorlarınız və konqresmenləriniz, hansı ki, onlar kostyum geyinəndə yaraşıqlı görünürlər və guya ağıllı adamlardırlar, bizi Şimali Koreya və İranla bir cərgəyə qoyurlar, üstəlik bizdən Şimali Koreya probleminin və İranın nüvə proqramı probleminin həlli məsələsində kömək xahiş edirlər. Siz ümumiyyətlə, normal adamsınız?”-Putin amerikalılara xitabən bildirib.

Putin əlavə edib ki, Rusiya Şimali Koreyanın nüvə statusunu tanımır və baş verənləri düzgün hesab etmir. Onun fikrincə, tərəflər bir-birlərini təxribata çəkməyi dayandırmalıdır. Putin ABŞ-ı Şimali Koreyaya zərbə endirmək fikrindən daşınmağa çağırıb, deyib ki, əgər ABŞ bu ölkəni vursa nəticə fəlakətli olacaq. Hətta zərbə nüvə silahı ilə endirilməsə belə.

“Haranı vuracaqsınız axı? Mərkəzi Kəşfiyyat İdarəsi dəqiq bilir ki,Şimali Koreyada hansı hədəflər var? Bir raket zərbəsi kifayətdir ki, nəticə fəlakətli olsun”-Rusiya prezidenti xəbərdarlıq edib.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1080 Tarix: 14.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ziyad_Azeri_Legend
Ziyad_Azeri_Legend 15.12.2017
Rusiya, başda Puyin olmaqla, olmasaydı, bu dəqiqə dünya xaos içindəydi! Hamının burnunu ovan ruslardir! Respect!


 
ovik
ovik 14.12.2017
butun dunya bunu bilsin ki abs rusya diz cokdurub kankret uje ngaarasi bilmirler !!!ele 1940-1945 lerde dunyani boyuk feleketlerden de qurtaran rusya olub tak sto qurban olun ruslara


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər