"Özümə kömək edən lazımdır" – Səyavuş Aslanın səfalətdən fəryad edən oğluna qardaşından cavab

"Özümə kömək edən lazımdır" – Səyavuş Aslanın səfalətdən fəryad edən oğluna qardaşından cavabMərhum xalq artisti Səyavuş Aslanın oğlu Çingizin dolanışığından danışaraq, "Yeməyə çörək tapmıram" deməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Yenicag.az onun Rusiyada yaşayan qardaşı hacı Eldar Aslanla əlaqə saxlayıb. Qardaşının verdiyi açıqlamalarla bağlı danışmaq istəmədiyini söyləyən Eldar çətinliklə də olsa, suallarımızı cavablandırdı.

– Bakıda yaşayan qardaşınız Çingizlə münasibətiniz necədir?
– Yaxşı, nə olub ki?

– Müsahibə verərək, məhrumiyyətlər içərisində yaşadığını və yeməyə çörək tapmadığını deyib…
– Biz həqiqətən də məhrumiyyətlər içərisində yaşayırıq. Amma mən öz dərdimizi el-aləmə car çəkib, şikayət etməyi xoşlamıram. Bu barədə də israr etməyin, suallarınızı cavablandırmayacam.

– Qardaşınız artıq bu barədə danışıb…
– Özü bilər, necə məsləhət bilibsə, elə də edib.

– Bir qardaş kimi onun hansı vəziyyətdə yaşamağından xəbəriniz var?
– Mən dedim axı, bu barədə danışmayacam.

– Çoxları sizi ona kömək etməməkdə qınayır…
– Mənim özümə kömək edən lazımdır. Üç uşaq, bir qardaş yiyəsiyəm. Ailədə yeganə işləyən mənəm. Nə qazanıram ki, hələ kiməsə də kömək edim? Bacardığım qədər balalarıma da, qardaşıma da əl tuturam.

– Qardaşınızı bu açıqlamaya görə qınayırsız?
– Gərək el-aləmə bu barədə car çəkməyəydi.

– Buna görə ondan inciyirsiz?
– Bu, birinci hal deyil. Qardaşım həmişə bu barədə danışıb. Amma mən ondan qırıla bilmirəm, cünkü doğmamdır.

– Onu düşdüyü vəziyyətdən xilas etmək üçün düşünəcəksiz?
– Mən evsiz-eşiksiz, dərviş adamam. Çöllərdə, başqa ölkələrdə bir qarın çörəkpulu üçün işləyirəm. Balalarıma, qardaşıma və özümə görə… Əlimdən nə gəlir, onu da edirəm. Zəngin və biznesmen deyiləm ki, ona da, özümə də ev, maşın alım. Maaşla dolanan adamam.

– Amma bir vaxtlar xeyriyyəçiliklə məşğul idiniz.
– O 10 il əvvəl idi… İndi hər şey dəyişib. Xahiş edirəm, daha sual verməyin. Xətrinizə dəymək istəmədiyim üçün danışdım.

Ürəyim çox doludur. Amma danışmaq istəmirəm. Çünki faydasız və nəticəsizdir. Bu bizə dedi-qodudan başqa bir şey verməyəcək. Kim nə deyir, nə danışır, danışsın. Elə bilirsiniz məni maraqlandırır? Bu qeybətdən bizim ailəmizə pul gəlir?

Qeyd edək ki, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz sözügedən müsahibəsini "Şərq" qəzetinə verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2445   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 635
.

"Sihirli annem"in Dudusu Serenay haqqında: "Onda gəncliyimi görürəm"

"Sihirli annem" serialının Dudusu Nevra Serezli aktrisa Serenay Sarıkaya haqqında fikir bildirib. xəbər verir ki, Nevra Serezli Serenayı öz gəncliyinə bənzədib. "Serenayda gəncliyimi görürəm. O, hər şeyi dozunda edir. Ulduz işığı var, səhnəyə çox yaraşır" ,- deyə o bildirib

18.04.2024 403
.

"Səbri daşıran bir damla olur, instaqramda bir-birimizi izləmirik..." - Ülviyyə

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Murad İsmayılla boşanmalar

16:57 0
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 1017
.

Cavanşir Məmmədovun vəsiyyəti: "Mən öləndə..." - VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. BİG.AZ -a istinadən xəbər verir ki, 2 ay öncə iştirak etdiyi verlişdə qalmaqallı fikirlər səsləndirib. O, deyib: "Vəsiyyət etmişəm ki, məni kostyumda dəfn edin". Daha ətraflı videoda:

15:06 0
.

Vüqar Muradov: "Cavanşir Məmmədov mənim ağsaqqalım idi"

"Cavanşir Məmmədov mənim ağsaqqalım idi". Bunu -a açıqlamasında müğənni Vüqar Muradov deyib. O, mərhum Əməkdar artistin dəfn mərasimində iştirak edib və bildirib ki, atasını itirən zaman Cavanşir Məmmədov ona bir əmi kimi qayğı göstərib:. "Atam vəfat edəndə Cavanşir əmi mənim yanımda old

17:20 0
.

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB +VİDEO

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb. bildirir ki, mərhum sənətçi anasının yanında dəfn olunub. 16:06. Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb. bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır

16:36 385
.

Hacı Nuran: "Cavanşir Məmmədov daim qalmaqalla gündəmə gəlib"

"Axırıncı dəfə bir həftə öncə toyda görüşmüşdük". Bunu -a açıqlamasında teleaparıcı Hacı Nuran deyib. O bildirib ki, mərhum daim mətbuatda qalmaqalla gündəmə gəlib:. "Mətbuatda oxuyurduq ki, bir gün məhkəməyə gedib, bir gün kəmərsiz maşın idarə edib. Ürəyində də stent var idi, Allah rəhmə

15:59 0
.

Dünya gözəli ikinci dəfə ana oldu- FOTO

2002-ci il dünya gözəli seçilən türkiyəli model Azra Akın ikinci dəfə ana olib. xəbər verir ki, bu barədə Azra Akın sosial şəbəkədə paylaşım edib. "14 aprel bazar günü Demirə bir bacı gəldi. Bizə də çox gözəl surpriz oldu. Adı Aryadır " ,- deyə o bildirib

18.04.2024 1458