Aviasiya tarixini dəyişdirən təyyarə qəzaları

Aviasiya tarixini dəyişdirən təyyarə qəzalarıMüasir dövrümüzdə sərnişin təyyarəsində uçuş son dərəcədə təhlükəsizdir. Amma hazırkı bu təhlükəsizlik, sözün əsl mənasında insan həyatları ilə ödənilmişdir. Məsələn, hesablanmışdır ki, 1945-ci ildən 2001-ci ilə qədər olan bir bövr ərzində baş vermiş təyyarə qəzalarında 71 min nəfərdən çox adam həlak olmuşdur. Bu təyyarə qəzalarının bəziləri avialaynerlərin təhlükəsiz uçuşlarının təmin edilməsi məsələlərinə yanaşmanı köklü şəkildə dəyişdirmişlər.

Belə ki, Massaçusets Texnoloji İnstitutunda (Massachusetts Institute of Technology) keçirilmiş araşdırma nəticəsində uçuşların təhlükəsizliyinə təsir etmiş bir neçə təyyarə qəzasının siyahısı hazırlanmışdır.

1956-cı il.
«TWA» və «United Airlines» aviaşirkətlərinə məxsus olan iki sərnişin təyyarəsi ABŞ-ın Los-Anceles şəhərindəki hava limanından bir-birindən 3 dəqiqə zaman fərqi ilə havaya qalxmışlar. Hər iki təyyarə öz istiqamətlərini şərqə tərəf götürmüşdülər. Lakin, uçuşa başladıqdan 90 dəqiqə sonra hər iki təyyarə aviadispetçerlərin əlaqə zonasından yoxa çıxmışlar. Sonradan bəlli olduğuna görə, bu iki təyyarə, çox güman ki, öz sərnişinlərinin ABŞ-ın cənubi-qərb tərəflərinin diqqətəlayiq yerlərindən biri olan Böyük Kanyonun əzəmətli görünüşündən həzz almaları niyyəti ilə onun üzərində dövrə vurmağa başlamışlar. Lakin, təyyarələr havada bir-biriləri ilə toqquşdular. Belə ki, bir təyyarənin sol qanadı digərinin quyruğunu taran etdi. Qəza nəticəsində hər iki təyyarə Böyük Kanyona düşdülər və bu təyyarələrdə olan 128 nəfər sərnişinin və ekipaj üzvlərinin hamısı həlak oldu.
Bu qəzanın nəticəsində isə ABŞ, hava hərəkətinə nəzarət sisteminin modernləşdirilməsi üçün o zaman üçün çox böyük - 250 milyon dollar həcmində vəsait ayırdı. İki ildən sonra, 1958-ci ildə isə Dövlət Federal Aviasiya Agentliyi Administrasiyası yaradıldı. Bu qurum hava naviqasiyası, əlaqəsi və kontrolu sisteminə nəzarəti həyata keçirməyə başladı. Belə tədbirlərin nəticəsində 47 il ərzində ABŞ-da təyyarələrin bir-biriləri ilə toqquşması halları baş verməmişdir.

1978-ci il.
İçində 181 nəfər sərnişin olan «United Flight» aviaşirkətinə məxsus təyyarə, Portlend şəhərinin hava limanına yaxınlaşan zaman məlum oldu ki, onun şassiləri tam açılmır. Yaranmış vəziyyətdə bütün məsuliyyət və təşəbbüsü öz əlinə almalı olan kapitan özünü itirdi və bir qərara gələ bilmədi. Nəticədə isə təyyarənin yanacağı qurtardı və o Portlend şəhərinin ətrafında yerə düşərək 10 nəfər yerli sakini öldürdü.
Bu qəza nəticəsində ekipaj üzvlərinin hazırlıq sistemi və təyyarə bortundakı idarəetmə iyerarxiyası sistemi dəyişdirildi. Belə ki, bu zaman «təyyarənin komandiri - onun hakimi-mütləqidir» prinsipi ləğv edildi. Bunun əvəzində isə qərarın təyyarənin bortmühəndisi və uçuşun idarəedilməsi mərkəzinin fikirləri də nəzərə alanmaqla, bütün ekipaj üzvləri arasında müzakirə edilməsindən sonra qəbul olunması prinsipi tətbiq edildi.

1983-cü il.
«Air Canada» aviaşirkətinə məxsus olan təyyarə ABŞ-ın Dallas şəhərindən Kanadanın Toronto şəhərinə uçurdu. Birdən sərnişinlərdən biri təyyarənin arxa tərəfində yerləşən ayaqyolulardan birində güclü tüstü iyi gəldiyi barədə xəbər verdi. Bir neçə dəqiqədən sonra isə artıq təyyarənin bütün salonı tüstü ilə doldu və tüstü hətta pilot kabinəsinə də girdi. Təyyarə ABŞ-ın Sinsinnatti şəhərində qəza enişi etməyə çalışdı. Özü də ki, bu zaman pilotlar tüstüdən cihazların göstəricilərini görə bilməyərək, təyyarəni kor-koranə endirməyə çalışdılar. Təyyarə müvəffəqiyyətlə yerə endi. Lakin, ekipaj təyyarənin qapılarını açmağa imkan tapa bilmədi və təyyarə yanmağa başladı. Nəticədə təyyarədə olan 36 sərnişindən 23 nəfəri həlak oldu.
Bu qəza nəticəsində bütün təyyarələr tüstünün müəyyən edilməsi, avtomatik şəkildə yanğın söndürməsi sistemləri ilə və respiratorlarla təmin olundu. Təyyarə keçidlərində və qapılarında fövqəladə təxliyə (evakuasiya) zamanı sərnişinlərə hərəkət istiqamətini göstərən elektron göstəricilər meydana gəldi. 1988-ci ildən başlayaraq isə təyyarə salonlarının quraşdırılması zamanı daha az yanğından təhlükəli materiallardan istifadə olunmağa başlandı.

1985-ci il.
«Delta» aviaşirkətinə məxsus olan təyyarə ABŞ-ın Dallas şəhərinin hava limanına eniş həyata keçirirdi. Şəhərdə tufan idi və təyyarə güclü külək zərbəsinin qurbanı oldu. Bu zərbə nəticəsində təyyarənin sürəti kəskin şəkildə aşağı düşdü, istiqaməti isə dəyişdi. Layner üzərində gedən avtomobili də əzərək şosseyə düşdü və sonra isə hava limanının binalarından birinə çırpıldı. Təyyarədə olan 163 nəfər sərnişinin 134 nəfəri həlak oldu.
Bu hadisədən sonra 7 il uzanmış irimiqyaslı elmi tədqiqatlar başladı. Tədqiqatların nəticəsində, 1990-cı illərin ortalarından başlayaraq, bütün təyyarələr küləyin sürətini və istiqamətini müəyyən edən xüsusi detektorlarla təchiz edilməyə başlandılar. Və o zamandan etibarən dünyada küləyin təsiri ilə nəticələnmiş yalnız bir təyyarə qəzası baş vermişdir.

1986-cı il.
1980-cı illərin ortalarında mövcud olan aviahərəkət üzərində nəzarət sistemi yalnız böyük təyyarələri nəzərə alırdı. Və bu amil başqa qəzaların səbəbinə çevrildi.
Los-Anceles şəhərinin hava limanına dördyerli kiçik «Piper Archer» təyyarəsi enirdi. Hava limanının dispetçerləri isə bu kiçik təyyarənin mövcudluğundan xəbərsiz idilər. Nəticədə isə bu kisicik təyyarə elə həmin eniş zolağına enmə həyata keçirən «Aeromexico» laynerinə çırpıldı. Qəza nəticəsində idarəetmə funksiyalarını itirmiş hər iki təyyarə daha 30 km uçaraq yerə düşdülər. Bu zaman həlak olan 82 nəfərin 15 nəfəri yerdə olan insanlar oldular.
Bu qəza nəticəsində kiçik aviasiya təyyarələri də böyük laynerlərdə olan elektron avadanlıqla təchiz edilməyə başladılar. Bu avadanlıq isə dispetçerlərə təyyarələrin harada olmaları, onların sürəti və hərəkət istiqamətləri barədə məlumatlar almağa imkan verir. Öz növbəsində həmçinin, avialaynerlər mümkün toqquşmanı xəbərdar edən xüsusi cihazlarla təchiz edildilər. Bu cihazlar təyyarənin uçuş istiqamətində hər hansı bir obyekt görünəndə həyəcan siqnalı verməyə başlayırlar. Həmin zamandan etibarən ABŞ-da belə qəzalar baş verməmişdir.

1988-ci il.
«Aloha» aviaşirkətinə məxsus olan təyyarə sərnişinləri Havayın Xilo adasından Qonoluluya aparırdı. Birdən təyyarənin xarici örtüyünün bir hissəsi qarşıdan gələn hava axınları nəticəsində qopdu. Təyyarənin ekipajı fövqəladə eniş həyata keçirdilər. Bu qəzanın yeganə qurbanı yalnız hava axınının təyyarədən bayıra atdığı stüard oldu.
Keçirilmiş ekspertiza təyyarənin sadəcə olaraq «yorulduğunu» müəyyən etdi. Bu qəza nəticəsində dünya üzrə təyyarələrin təhlükəsizliklərinə nəzarətin daha da gücləndirilməsi tədbirləri tətbiq olundu. Artıq təyyarələr daha tez-tez inspeksiyadan və təmirdən keçməli oldular. Bundan sonra ABŞ-da bu qəbildən olan yalnız bir qəza baş vermişdir.

1994-cü il.
«USAir» aviaşirkətinə məxsus olan təyyarə Pitsburq şəhərinin hava limanına enmə həyata keçirirdi. Birdən o kəskin şəkildə hərəkət istiqamətini dəyişdi, kənara döndü və yerə çırpıldı. Bu qəza nəticəsində heç kim sağ çıxmadı - 132 nəfər sərnişinin və ekipaj üzvünün hamısı həlak oldu.
Sonradan müəyyən edildi ki, naməlum səbəblərdən təyyarənin quyruğunda olan eleronlar (eleronlar - normal sxemli təyyarələrin qanadlarının arxa kənarında yerləşən aerodinamik idarəetmə orqanlarıdır. Eleronlar ilk növbədə təyyarənin yana əyilmə bucağını idarə etmək üçün istifadə olunurlar - Dəyərlər) ən son sol vəziyyətdə olmuşlar. Təyyarənin istehsalçısı olan «Boeing» şirkəti bütün günahı pilotlarda, təyyarənin məxsus olduğu «USAir» şirkəti isə günahı «Boeing» şirkətində gördü. Beş il davam edən araşdırmalar müəyyən etdi ki, təyyarənin idarəetmə sistemində pozuntular olmuşdur. Belə ki, təyyarənin eniş anında pilot sağ pedalı basmış, lakin bu zaman təyyarə sola dönmüşdür.
Nəticədə idarəetmə sistemlərinin keyfiyyəti üzərində daha ciddi nəzarət sistemi tətbiq edilmiş və təyyarələrin bu idarəetmə orqanları daha ağır şərtləri olan testlərdən keçirilməyə başlandılar.

1996-cı il.
Nyu-Yorkdan Parisə uçan «TWA» aviaşirkətinə məxsus olan təyyarə naməlum səbəblərdən havada partladı. Laynerin qalıqlarının müayənəsindən sonra terror aktı və raket hücumu versiyaları istisna edildi. Mütəxəssislər bu nəticəyə gəldilər ki, qəzanın səbəbi yarıboş yanacaq bakı olmşdur. Görünür, pis izolə edilmiş elektrik naqilləri yanacağın qalığını alovlandıran qığılcımın səbəbi olmuşlar. Bunun nəticəsində isə partlayış baş vermişdir.
Bu qəzanın nəticəsində təyyarə istehsalçıları qığılcımların qarşısını alan metodlar tapdılar. Öz növbəsində «Boeing» şirkəti yanacaq baklarını təsirsiz qazlarla dolduran bir sistem yaratdı ki, bu da partlayış mümkünlüyünü azaltmalıdır. 2008-ci ildən sonra isə bu tipli sistemlər bütün sərnişin təyyarələrində quraşdırılmalıdır.

10 aprel 2010-cu il.
Rusiyanın Smolensk vilayəti səmasında Polşa prezidenti Lex Kaçinskinin təyyarəsi qəzaya uğramışdır. Təyyarə qəzasında prezident başda olmaqla, Polşanın faktiki olaraq bütün rəhbərliyi həlak oldu. Pilotlar hansı səbəbə təyyarəni otura bilməmişdirlər – bu barədə yekdil rəyə gəlmək mümkün olmadı. Rusiya və Polşanın aviasiya komissiyaları faktiki olaraq, əks nəticələrə gəldilər...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5542   Tarix: 05 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189