FES-in artım qərarı və üzən manatın taleyi

FES-in artım qərarı və üzən manatın taleyiFederal Açıq Bazar Komitəsi (FOMC) 2017-ci ilin son toplantısını reallaşdırıb.

BiG.AZ xəbər verir ki, FES uçot dərəcəsini 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

İclasda, eyni zamanda, FES-in 2018-ci ildə faiz dərəcələrini üç dəfə artırmağı planlaşdırdığına dair siqnallar verilib. O da məlum olub ki, qurum 2019-cu ildə iki faiz artımı planlaşdırır.

Qeyd edək ki, gözlənildiyi kimi, Çin Mərkəzi Bankı (PBOC) da FES-in arxasınca 7 günlük tərs repo əməliyyatları üzrə 2,50 faiz 30 milyard yuan satıb. Bu əməliyyatlarda faiz səviyyəsi 2,45 faiz olsa da, 28 günlük tərs repo əməliyyatlarında faizlər 2,75- 2,80 faizədək yüksəldilib.

Xatırladaq ki, "Moody's" Asiya Mərkəzi Banklarının da FES-lə paralel faiz artımlarına gedəcəklərini proqnozlaşdırmışdı. Xüsusilə bu sırada Çin və Hindistan Mərkəzi Bankları irəli sürülürdü. Onu da bildirək ki, bundan sonra Türkiyə Mərkəzi Bankı (TCMB) da daxil olmaqla, 5 önəmli mərkəzi bank monetar siyasətlə bağlı iclas keçirəcək. Dekabrın 14-də isə TCMB, Avropa Mərkəzi Bankı (ECB), Böyük Britaniya Mərkəzi Bankı (BoE), İsveçrə Mərkəzi Bankının (SNB) iclaslarında uçot dərəcəsini dəyişə biləcəyi istisna edilmir.

İqtisadçı-ekspert Qubad İbadoğlu oxu.az-a açıqlamasında bildirib ki, FES-in qərarının Azərbaycan manatının məzənnəsinə mümkün təsirləri daha çox dolayı və psixoloji kontekstdə müzakirə oluna bilər: "Çünki Azərbaycan manatına birbaşa təsir daha çox xam neftin dünya bazar qiymətləri ilə əlaqəlidir".

Dolayı və psixoloji təsirlərə gəlincə, iqtisadçı deyir ki, Azərbaycanın əsas ticarət tərəfdaşları olan Türkiyədə və Rusiyada dolların ucuzlaşması manatın da məzənnəsini gərginlik altında saxlayır: "FES-in qərarı hər iki ölkənin valyutasının ABŞ dollarına nəzərən məzənnəsinə təsirsiz ötüşməyəcək, onda Azərbaycan manatı da dolayı təsirlərdən sığortalana bilməyəcək.

Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, Mərkəzi Bankın manatın məzənnəsinə müdaxiləsi hazırda güclüdür: "Neftin qiyməti yüksəkdir. Azərbaycanın xarici ticarətində müsbət saldo var. İxrac idxalı üstələyir. Başqa tərəfdən, Mərkəzi Bank pul kütləsinə ciddi nəzarət mexanizmi həyata keçirir. Vəziyyət bu istiqamətdə davam edərsə, manatın məzənnəsini qoruyub saxlamaq mümkün olacaq".

Millət vəkili manatın məzənnəsinin qorunub saxlanmasının müsbət və mənfi tərəflərinin olduğunu da önə çəkir: "Manat istər-istəməz bazar qiymətini almalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1052   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28.03.2024 851
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28.03.2024 199
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122