31 yaşlı oğlan birdən-birə necə varlandı? - Bakıdakı şok cinayətin təfərrüatı

31 yaşlı oğlan birdən-birə necə varlandı? - Bakıdakı şok cinayətin təfərrüatıBir neçə gün əvvəl Bakıda bankomatdan külli miqdarda pul oğurlayan şəxsin digər cinayətləri üzə çıxıb.

BiG.AZ lent.az-a istinadən xəbər verir ki, Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayan İmişli rayon sakini, 31 yaşlı Orxan Əhmədovun bir neçə banka məxsus bankomatlardan yüz min manatlarla pulu ələ keçirdiyi üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, Orxan Əhmədov başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdiyi və pulla dolu olan bankomatları hədəf seçib. O, pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçirirmiş.

Məlum olub ki, Orxan Əhmədov keçən ilin iyulunda Biləsuvarda məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbədə Cəbrayıl rayon Telekommunikasiya Qovşağının həyətində yerləşən bankomatı gecə saatlarında qaynaq aparatı ilə kəsib. O, bankomatdakı 147 min manat pulu oğurlayıb. Hadisənin sabahı günü yerli sakinlər pensiya və müavinətləri almaq üçün yaxınlaşdıqda, bankomatda pulun olmadığını görüblər.

Bundan başqa Orxan Əhmədov keçən ilin avqustunda Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Rəsulzadə küçəsindəki bankomatı da gecə saatlarında eyni üsulla doğrayıb. O, bankomata yerləşdirilmiş 43270 manatı götürərək aradan çıxıb.

Onun növbəti hədəfi isə Salyan rayonu Sarvan kəndindəki bankomat olub. Keçən ilin sentyabrında gecə saatlarında qeyri-qanuni yolla kənddəki poçt şöbəsinə daxil olan Orxan banklardan birinin bankomata yerləşdirdiyi 155 min 556 manatı xüsusi yollarla çıxardıb. O, gizli şəkildə kəndi tərk edib.

İz itirmək üçün oğurluq etdiyi rayona bir də qayıtmayan Orxan növbəti dəfə Ucara gedib. O, keçən ilin dekabrında Ucarın Qazıqumlaq kəndində icra nümayəndəliyinin həyətində quraşdırılmış bankomatı da qaynaq aparatı ilə doğrayıb və oradan 10591 manat götürərək aradan çıxıb.

Araşdırmalar zamanı o da məlum olub ki, Orxan Əhmədovun uğursuz oğurluq cəhdi də olub. O, Biləcəridəki dəmiryolu xəstəxanasının həyətindəki bankomatı doğramaq istəyərkən, kiminsə yaxınlaşdığını görüb və oradan qaçıb. Son olaraq Bakının Xətai rayonunda bankomatı kəsərək 40 min manat çıxaran şəxs kamera görüntüləri və digər vasitələr vasitəsi ilə müəyyənləşdirilərək yaxalanıb.

O da məlum olub ki, Orxan Əhmədov əvvəllər məhkumluq həyat yaşayıb və oğurluq hadisələrini törədərkən iz qoymurmuş. Onun son vaxtlar varlanması, özünə yaxşı həyat şəraiti qurması bir çox insanlarda şübhə yaradıbmış.

Araşdırmalar davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2230   Tarix: 13 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 216
.

Diqqət! Bakıda bu saatlarda geomaqnit qasırğası olacaq - Bunları edin...

Bu gün Yerdə geomaqnit qasırğası olacağı proqnozlaşdırılır. Bakıda qasırğa günorta saat 12:00-dan etibarən öz təsirini göstərməyə başlayacaq və 21:00-dək davam edəcək. xəbər verir ki, bu barədə məlumat Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında yer alıb. Geomaqni

10:11 290
.

Azərbaycan Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan və Dünya Bankı arasında növbəti dövr üzrə Ölkə Tərəfdaşlıq Çərçivəsi və COP29-la əlaqəli mümkün əməkdaşlıq imkanları müzakirə edilib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında yazıb. "Düny

19:40 0
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612
.

"Efirlərə çıxıb özlərinə kişi axtarırlar"

"İşsiz deyiləm. Hazırda iki böyük şirkətin ictimaiyyətlə əlaqələr şöbəsində çalışıram. Aparıcı olaraq efirlərdən uzaqlaşmışam. Mütəmadi olaraq məni verilişlərə qonaq çağırırlar və ekspert kimi iştirak edirəm. Diqqətimi daha çox sosial mediaya yönləndirmişəm. Buna rəğmən televiziyada baş verənlər

19.04.2024 660
.

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyi qeyd olunub

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub. Yubile

17:30 0
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 357
.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

"Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək". Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvil

17:10 0