Bakı metrosunda kütləvi ixtisarlar

Bakı metrosunda kütləvi ixtisarlar"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində işçilərin kütləvi ixtisarı ilə bağlı xəbərlər yayılıb.

Yayılan məlumatlarda maliyyə çatışmazlığı səbəbindən 500-ə yaxın əməkdaşın ixtisar olunduğu qeyd edilir.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, təxminən tikinti departamentindən 230 nəfərin ixtisarı gözlənilir: "Heç bir insan işini itirmək istəmir. Deyirik ki, qardaş, razılaşma əsasında gedirsən, sabah iş açılanda da qayıdarsan. Hansı sahədə ki, iş həcmi azalır, o sahəyə aid mütəxəssislər çıxarılır. Məsələn, iki qazmaçı varsa, biri çıxarılır, biri isə qalır".

Paşayev bildirib ki, məsələnin subsidiyalara heç bir aidiyyəti yoxdur. Çünki subsidiya tikintiyə ayrılmır: "Subsidiya metronun istismarına ayrılır. Tikinti isə əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Bunlar ayrı-ayrı şeylərdir. Ona görə də qiymət artımının qarşısını almaq və digər məsələlərdən söhbət getmir".

Paşayev bildirib: "İşçilərə təklif olunur ki, onlara orta aylıq əmək haqqının 2 misli qədər kompensasiya ödənilsin və qarşılıqlı razılaşma əsasında işdən azad edilsinlər, özlərinə iş tapana qədər əllərində pul olsun. Gələcəkdə iş həcmi artarsa, yeni stansiyaların inşasına başlanarsa, yenə həmin adamlar işlə təmin ediləcək. Artıq 50 nəfər buna razı olub və kompensasiyasını alaraq gedir. Bununla belə, təkliflə razılaşmayanlar da var ki, onların da sayı təxminən 10 nəfərdir. Bu adamlar təklifi qəbul etmək istəmir və qanunvericiliyə uyğun olaraq ştatda qala bilərlər. Əgər iş yoxdursa, təbii ki, maaş da olmayacaq. Maliyyə vəsaiti azalanda metro tikintisində iştirak edən işçilərə bu təklif edilir. Şəhid ailələrinə, məcburi köçkünlərə xüsusi yanaşılır. Həmçinin əgər bir ailədən iki nəfər varsa, bunlardan biri işdə saxlanılır".

mənbə: oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 811   Tarix: 13 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261