"MediClub" xəstənin başına necə oyun açıb?

"MediClub" xəstənin başına necə oyun açıb?Eldar Kərimov adlı Bakı şəhər sakini 39-40 dərəcə ilə yerləşdirildiyi MediClub klinikasından şikayətçidir.

O, sosial şəbəkədə klinikada başına açılan oyunlar barədə yazıb və hamını həkim seçimində diqqətli olmağa çağırıb:

"29 noyabrda işdən evə gəlib, kompüter qarşısında oturmuşdum, qəfildən hərarətim 39-40 dərəcəyə çatdı. Bütün bədənim əsir, sümüklərim ağrıyırdı. Halımın pis olduğunu görüb, sığorta şirkətinə zəng edib, klinikaya getmək üçün müraciət etdim. Onlar MediClub-a getməyimi bildirdilər. Taksi ilə gecə 11-də MediCluba getdim. Məni növbətçi həkim, ətrafında cavan tibbi personalla qarşıladı. Sorğu sual edib "Vobşem, soyuqdəyməyə oxşayır, antibiotik vuraq tez-bazar keçsin" dedi. Bu, sözün açığı məni qorxutdu. Çünki həkim elə ayaqüstü diaqnoz qoydu, ikincisi belə bir klinikanın həkimindən "tez-bazar" sözünü eşitmək xoş olmadı. Gecəni palatada qaldım, səhər xeyli analizlər götürdülər. Mənə Sevda xanım yaxınlaşıb müalicə edəcək həkimim olduğunu və "soyuqdəymədəndir, bir-iki günə temperaturu salacağıq, hər şey yaxşı olacaq" dedi. Bu məni sevindirdi. Günün sonu ağzımın içində iki ağ nöqtə yarandı. Həkimə bunu deyəndə, "belə olur, keçəcək" cavabını verdi. 2-3 gün keçsə də, ağzımdakı o nöqtələr artır, böyüyür, yeməyimə içməyimə mane olurdu, hərarət isə 38-dən aşağı düşmürdü. Hər gün mənə antibiotik vurulurdu. Artıq yeyib içmir, haldan düşürdüm. 3-cü gün palataya həkimim girib "Hə, Kərimov, necəsən" soruşanda dedim ki, həkim gileylənməyi sevmirəm, amma pisəm, yaxşılaşmıram, müalicə çox uzanır. Həkimsə gülərək: "A kişi, gül kimi palatadır, uzan kef elə. Sığorta pulunu ödəyir, öz cibindən getmir ki. Dincəl, kef elə" deyəndə artıq dözmədim. Sanki mən Kanar adasında okean kənarında uzanıb kokteyl içirdim ki, kefə baxım.

Belə çıxdı ki, sığorta ödəyir deyə, ürəkləri istədikləri qədər uzada, fırlada bilərlər - vaxt nə qədər çox olsa, pul o qədər çox gəlir. Mənim üzərimdə pul qazanmaq asandır, amma səhhətimə vurulan zərər heç kimi maraqlandırmır.

2 dekabrda müalicə həkimim təzə diaqnoz tapdı: "Bilirsiniz, sizdə deyəsən soyuqdəymə deyil. Nəsə virusdur. Sabah tezdən qan analizləri götürüb bir də baxarıq". Bunu palatada 4 gün yatandan sonra deyirlər, təsəvvür edin. Qan analizindən sonra mənə başqa bir qadın yaxınlaşdı ki, sizdə virus infeksiyasıdır, qərara gəlmişik ki, sizi MediClub hospitala göndərək, orda daha yaxşı müalicə olunacaqsınız.

Sual verəndə ki, bunu 5 gün keçəndən sonra deyirsiniz? – cavabında çiynini çəkib getdi. Sən demə, mən bu 5 günü hələ poliklinikada qalırmışam.

Nə isə, hospitala aparıldım, orda anestezioloq-reanimatoloq Vaqif həkim sorğu-sual apardı, yenidən qan analizi götürdülər və mənə başqa bir antibiotik yazıldı.

Mən dözməyib dedim ki, doktor, ola bilər, tibbi təhsilim yoxdur, əgər məndə virusdursa, antibiotik vurmağın nə mənası, mən artıq 5 gündür antibiotik alıram, vəziyyət daha da pisləşir. 4 gün idi ki, ac idim. Həkimə yeyə bilmədiyimi, iştaham olmadığını və ağzımdakı yaraların məni incitdiyini deyib, ümid etdim ki, nəsə xeyirli məsləhət verər. O isə, " yemək lazımdır, ye" deyib, getdi.

Bu həkimin də düzgün diaqnoz qoymayacağından şübhələnib özüm internetdə simptomlarıma görə informasiya axtarmağa başladım. "Facebook"da həkimlər qrupuna yazdım, hamı bir ağızdan deyirdi ki, virusda antibiotik olmaz. Virusun nə olması dəqiq tapılmalıdır. Birdən beynimə fikir gəldi ki, əgər məndə virus infeksiyasıdırsa, niyə mənə infeksionist baxmır?

Tibb bacısını çağırıb infeksionist tələb etdikdə nə desə yaxşıdır: "Bizdə infeksionist yoxdur, amma siz istəsəz, çağırış edə bilərik". Mən dedim ki, onu siz çağırmalısınız, çünki siz virusu tapmalısınız. Qısası, bir yaşlı həkim çağırdılar, o baxdı, sorğu sual etdi. Sonra bu həkimlə MediClub-ın bayaqkı həkimi arasında belə dialoq getdi: "Onda sadə herpesdir. Bu dərmanlar alınmalıdır. Antibiotik isə olmaz, niyə vurursunuz? Kəsin antibiotik lazım deyil". Digər həkim: ""Sovsem" kəsək doktor? "Bəli, tamam kəsin".

İnfeksionist gedəndən sonra bu həkim yenə antibotik sisteminə davam edir. "Hər həkim öz sahəsinə cavabdehdir. O, infeksionistdir, mən risk edə bilmərəm. Hələ ki, sizdə dəqiq nə virusudur bilmirik. Temperaturu da antibiotik salır. Ona görə davam etməliyəm".

Sabahı görəndə ki, temperaturum həminkidir, halım düzəlmir, siğorta şirkətinə məlumat verib, müalicədən imtina yazıb, klinikanı tərk etdim və Gömrük hospitalına "sığındım". Çünki o klinika barədə hələ ki neqativ rəy eşitməmişdim, amma onlara da tam güvənmirdim. Orda 3 gün qaldım, diaqnozum herpes oldu, başqa dərmanlar yazdılar, vitamin C təyin etdilər. Qulağımla eşitdim, öz aralarında danışırdılar ki, niyə o biri həkimlər gözlə görünən herpesi görməyib, üstəlik immuniteti antibiotiklərlə zəiflədiblər. Sabahı iştaham gəldi, temperatur düşdü, ağız boşluğundakı səpkilər üçün qarqaralar etdim. Hətta birinci gün yeməkdən imtina edəndə, tibb bacısı kisel gətirib içməyə məcbur etdi. Halbuki MediClub-da personal görəndə ki, yemək qalıb, "yemirsinizsə, aparaq" deyirdilər. Heç kimi pasiyentin günlərlə ac, gücsüz qalması maraqlandırmırdı. Axı mən körpə uşaq deyiləm, kapriz edim. İki klinika arasında fərq çox idi. Amma məni narahat edən, MediClubdakı həkimlərin məsuliyyətsizliyi oldu. Xəstənin halı, vəziyyəti heç kimə maraqlı deyil, hətta siğortadan gələn pul belə bizə yox, yenə də səriştəsiz həkimlərə sərfəlidir. Həkim seçimində diqqətli olun. Başqa klinikaları bilmirəm, bundan sonra ayağım MediClub-a dəyməyəcək. Bütün ətrafımı da bu məsuliyyətsiz xəstəxanaya getməkdəm çəkindirəcəyəm".

mənbə: bakipost


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1630   Tarix: 12 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133