Sürücülərin DİQQƏTİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılır

Sürücülərin DİQQƏTİNƏ: Bu prospektdə hərəkət məhdudlaşdırılır

Asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən hissəsində, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

Bu barədə BiG.AZ-a "Azəravtoyol” ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 271 Tarix: 12.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər