Dünyanı heyrətə gətirəcək piyada zolaqları Türkiyədə - VİDEO

Dünyanı heyrətə gətirəcək piyada zolaqları Türkiyədə - VİDEO

Türkiyənin qərbində, Aydın vilayətində piyadaların təhlükəsizliyi üçün yerli bələdiyyə tərəfindən maraqlı üsul tətbiq olunub.

BiG.AZ trend-ə istinadən bildirir ki, piyadaların təhlükəsizliyini daha yaxşı təmin etmək üçün yollara 3D formatlı piyada zolaqları çəkilib. Bu, öz növbəsində, sürücülərdə zolaqların havadan asılı vəziyyətdə olması təəssüratını yaradır.

Belə piyada zolaqlarının ölkənin başqa vilayətlərində də tətbiq ediləcəyi istisna olunmur.

Qeyd edək ki, Türkiyədə son 10 ildə baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində 42 mindən artıq insan ölüb və 2 milyondan çoxu müxtəlif dərəcəli xəsarət alıb.

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2002 Tarix: 12.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər