Bakıda daşınmaz əmlak bazarında qiymətlər dəyişdi

Bakıda daşınmaz əmlak bazarında qiymətlər dəyişdi2017-ci ilin noyabrında Bakıda daşınmaz əmlak bazarında qiymətlər manat ekvivalentində 0,94 faiz azalıb.

BiG.AZ-ın xəbərinə görə, bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, ötən ay torpaq və ikinci mənzil bazarında qiymətlər artıb, ilkin mənzil, kommersiya obyektlərinin satışı və onların icarəsi bazarında qiymətlər azalıb:

"Noyabr ayında ikinci mənzildə kvadrat metrin qiyməti 1 627 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,16 faiz çoxdur. İlkin mənzilin dəyəri 0,27 faiz azalıb və bir kvadrat metri 1 238 manat təşkil edib. Bakıda noyabr ayında mənzil icarəsi bir kvadrat metr üçün 8,49 manat təşkil edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,19 faiz azdır. Noyabr ayında torpaq bazarı 2,48 faiz artıb və bir sot torpaq üçün 20 349 manat təşkil edib".

Onun sözlərinə görə, noyabr ayında kommersiya obyektləri bazarında qiymətlər azalmaqda davam edib:

"Kommersiya obyektlərinin bir kvadrat metri üçün orta qiymət 2 588 manat təşkil edib ki, bu da ötən ayla müqayisədə 2,31 faiz azdır. Onların icarəsi isə 1,83 faiz azalıb və 13,65 manat təşkil edib".

Ekspert qeyd edib ki, ümumilikdə ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlak bazarında qiymətlər 7,73 faiz azalıb:

"İkinci mənzil bazarında qiymətlər il ərzində 13,79 faiz, mənzil kirayəsi 17,04 faiz, torpaq kirayəsi 1,23 faiz azalıb. Ötən ilin noyabr ayı ilə müqayisədə kommersiya obyektləri bazarında qiymətlər 21,31 faiz, ilkin mənzil və kommersiya obyektlərinin kirayəsi bazarında müvafiq olaraq 13,79 və 17,68 faiz azalıb".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1155   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814