Orxandan xalasına cavab: "Hamı biləcək anamın ürəyini kim partladıb"

Orxandan xalasına cavab: "Hamı biləcək anamın ürəyini kim partladıb"

İlhamə Quliyevanın həbsdən çıxan oğlu Orxan Nadirov xalası Gülbahar Quliyevanın onun barəsində söylədiklərinə münasibət bildirib.

Yenicag.az-a açıqlama verən O. Nadirovun qarşı tərəfin açıqlamasına reaksiyası belə olub:

“Həbs olunmağım barədə xəbərə çoxları şad oldu, amma sevinməsinlər. Bu qısa vaxt ərzində gözləmədiyim adamlardan dəstək gördüm, sağ olsunlar. Qaldı ki, xalamın dediklərinə, lazım olan vaxt mən də hər şeyi danışacam: kim anamın ürəyini partladıb, kimlər mənə qarşı necə davranıb, onu da hər kəs biləcək, az qalıb. Anamın itkisinin ağırlığını ürəyimdə daşıyıram, bu acı heç vaxt unudulmayacaq”.

Qeyd edək ki, Gülbahar Quliyeva Yeniçag.az-a açıqlamasında O. Nadirovla bağlı belə deyib:

“Orxanın həbs olunub-olunmaması məni maraqlandırmır. Nə onun üzünü görürəm, nə də səsini eşidirəm. İki il bizi məhkəmələrdə süründürdü. İlhamə öləndə dedik ki, gəl yanımızda ol. Orxan isə əvəzində o məhkəmədən çıxıb, bu məhkəməyə üz tutdu. Bacımın ürəyini partladıb öldürdü. Mən onunla maraqlanmıram. Heç bilmirəm nə üstündə tutulub, hardadır, nə işlə məşğul olur. Bizim ünsiyyətimiz yoxdur. Xəstə adamam, qoyun yerimdə sakit oturum”.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 2590 Tarix: 11.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər