"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR

"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLARAzərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin vəfatından 14 il ötür.

"Azəravtoyol" ASC-də ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.

Mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin cəmiyyətin inzibati binasındakı büstü önünə gül dəstələri qoyublar.

Daha sonra tədbir cəmiyyətin akt zalında davam etdirilib. Tədbirdə Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətləri olan Ümummilli Liderimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

"Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, demokratik hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.
Cəmiyyət sədri çıxışında Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu, ölkəmizin tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən taleyinin, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəlişinin məhz Ulu Öndərin adı ilə sıx bağlı olduğunu vurğulayıb.

Bildirilib ki, ölkəmizə rəhbərlik etdiyi bu illər ərzində Ümummilli lider Heydər Əliyev Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb, onu bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxara bilib, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edib və onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Xalqımız bu gün həm ana vətənimiz Azərbaycanda, həm də onun hüdudlarından kənarda Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Ulu Öndərin bizlərə miras buraxdığı müstəqil Azərbaycan Respublikasının bu gün etibarlı əllərdə olduğunu qeyd edən Saleh Məmmədov, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ümummilli lider ölkənin gələcək inkişaf startegiyasında yol təsərrüfatının da inkişafına xüsusi həssaslıqla yanaşırdı. Ulu öndərin bu siyasətin nəticəsidir ki, bu gün də yol təsərrüfatının inkişafına xüsusi önəm verilir və bu sahə daim dövlət başçısı tərəfindən diqqətdə saxlanılır.

Ümummilli lider Heydər Əliyevin " Yol-iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir" kəlamı hazırda yol işçilərinin peşə fəaliyyətinin bir devizinə çevrilib.

"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR"Azəravtoyol" ASC-də ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 11 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki..." - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO

"Verdiyi koordinatlar o qədər dəqiq idi ki, biz ona öz aramızda "Doktor" ləqəbi qoymuşduq. Onda həkim dəqiqliyi var idi". Bu sözləri Milli Qəhrəman Elbrus Allahverdiyev haqqında İctimati TV-ə danışan döyüş yoldaşları deyib. Döyüş yoldaşları Milli Qərhəmanın şücaətlərindən danışarkə

28.03.2024 232