Salyanda arvadını və 4 qızını öldürən kişi və oğlundan SON XƏBƏR: Dörd ay...

Salyanda arvadını və 4 qızını öldürən kişi və oğlundan SON XƏBƏR: Dörd ay...

Salyan rayonunda arvadını və 4 qızını öldürən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyev Bakı İstintaq Təcridxanasına köçürülüb.

Dekabrın 8-də Salyan Rayon Məhkəməsində barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən ata və oğlu Bakı İstintaq Təcridxanasına etap edilib.
Hazırda hər iki şəxsin istintaqı davam etdirilir.

Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.
Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev şübhəli şəxs qismində tutulublar, daha sonra onların barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

mənbə: report.az

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4908 Tarix: 11.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ULUSH
ULUSH 11.12.2017
4ay nedi? 5insanin qatiline 4ay?
AykaKami
AykaKami 11.12.2017
4ay?


 


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər