Amerikalı politoloq Dağlıq Qarabağ münaqişəsindən danışdı — "Ölkələrin ərazi bütövlüyü və suverenliy

Amerikalı politoloq Dağlıq Qarabağ münaqişəsindən danışdı — "Ölkələrin ərazi bütövlüyü və suverenliy

"Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində beynəlxalq hüquq məsələsi aydındır".
BiG.AZ məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı professor Ceyms Kveil Tərtərdə məcburi köçkünlər üçün tikilmiş yeni qəsəbəyə səfəri zamanı deyib.

"Azərbaycan hökumətinin məcburi köçkünlər üçün yaratdığı şəraitlə yerində tanış oldum və bu, inanılmazdır. Hətta ABŞ-da yaşadığım yerdə belə bir məktəbin olmasını istərdim", - politoloq bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan C.Kveil qeyd edib ki, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət göstərmək lazımdır.

O, münaqişənin həllinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, kiminsə öz müqəddəratını təyin etmək arzusu yaranırsa, bu məsələ ilə yalnız yaşadıqları ölkənin rəhbərliyinə müraciət etməlidirlər.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 365 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
CCCP
CCCP 11.12.2017
bu necenci variyantdir. da besti bizi aldatdiqniz. Zurnalistler heresi eline bir qol comagi alib yalandan basib bagliyib bize xeber duzeldirler teki oxucu sayi artsin
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər