İlhamə Quliyevanın oğlunun həbs olunmasının səbəbi bilindi

İlhamə Quliyevanın oğlunun həbs olunmasının səbəbi bilindi

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov azadlığa buraxılıb.
Big.az.azbildirir ki, Nadirov olke.az-a açıqlamasında bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət edilsə də, məsuliyyətsizlik edərək getməyib:

"Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm", - deyə O.Nadirov bildirib.
Qeyd edək ki, Orxan Nadirovun həbs xəbərinin yayılmasından sonra həyat yoldaşı Arifə Nadirova "Ölkə.Az"- a açıqlamasında bunun həqiqəti əks etdirmədiyini, onun rayonda olduğunu bildirmiş, lakin DİN O.Nadirovun saxlanıldığı məlumatını təsdiqləmişdi.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2443 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər