İnternetin ən qəzəbli babası öldü

İnternetin ən qəzəbli babası öldü

YouTube-da populyar "TheAngryGrandpaShow" akkauntunun banisi və müəllifi Maykl Qrin atasının, internetdə "ən qəzəbli baba" kimi tanınan 66 yaşlı Çarlz Qrinin vəfat etdiyini bildirib.

BiG.AZ bildirir ki, akkauntda bununla bağlı video paylaşılıb.

Videoda ağlayan Qrin atasının dəri xərçəngi ilə uzun müddətdən bəri davam edən mübarizədən sonra vəfat etdiyini söyləyib.

Onun sözlərinə görə, atasında dəri xərçəngi fevralda aşkarlanmışdı.

"On ildən bəri davam edən gözəl macəramıza görə, YouTube-dan topladığım pulla atama arzusunun maşınını almağıma görə minnətdaram", - Maykl Qrin söyləyib.

"TheAngryGrandpaShow" akkauntunun 3,4 milyon daimi təqibçisi var.

Kanalı məşhurlaşdıran oğlunun zarafatlarına çox qəzəbli reaksiya verən, mebeli və oğlunun qacetlərini darmadağın edən Çarlz Qrinin davranışı idi.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 562 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti



Azərbaycandan son xəbərlər