Səfirlər və dövlət nümayəndələrinin iştirakı ilə Gürcüstan ticarət evi istifadəyə verildi - FOTOLAR

Səfirlər və dövlət nümayəndələrinin iştirakı ilə Gürcüstan ticarət evi istifadəyə verildi - FOTOLAR

Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin "Qida məhsulları təhlükəsizliyi haqqında" imzaladığı sərəncama əsaslanaraq ölkəmizdə yaşıl bazarların açılışı davam etməkdədir. Belə ki, sözügedən yaşıl bazarlar artıq paytaxt Bakı ilə yanaşı bölgələrimizdə də sürətli şəkildə yaradılmaqdadır. Həmin bazarlar, sərgilərdə və yarmarkalarda qida məhsulları istehsalçıları üçün pulsuzdur.

BiG.AZ xəbər verir ki, bu yaşıl bazarların və sərgilərin fonunda paytaxtımızda “Agro Mall” müasir ticarət kompleksində artıq bir neçə xarici ölkələrin ticarət evi istifadəyə verilib. Bu ticarət evlərinə minlərlə xarici şirkətlər cəlb olunub. Onların məhsulları bir başa xarici ölkələrdən bu bazara gətirilir. Bu gündə Gürcüstan ticarət evinin açılışı ilə əlaqədar sərgi keçirilir. Bu sərgidə tək Gürcüstan məhsulları yox, yerli və bir neçə xarici ölkələrin məhsulları nümayiş olunub. Gürcüstan ticarət evinin açılışında bir cox xarici ölkələrin səfirləri,xarici və yerli şirkətlərin rəhbərləri iştirak edib. Bu ayın sonunda Özbəkistan, Rusiya, Moldova, Yunanıstan və s. Şirkətləri ilə ticarət evləri açılacaq. Polşa, Ukrayna, Türkiyə və digər ölkələrlə danışıqlar davam edir. Belə ticarət evlərinin açılmasında əsas məqsəd xarici şirkətlərin və bizim istehsalçılarımızın istehlakçılarla bir başa münasibətini yaratmaqdan ibarətdir və bu işdə heç bir vasitəçi iştirak edə bilməz. Məhsullar istehsal qiymətinə satılacaq, buda o deməkdirki əhalimiz keyfiyyətli qida məhsulları ilə təmin olunacaq və həmçinin ölkəmizin kənd təsərrüfatı məhsulları sahəsində eksport imkanları artırılacaq. Qeyd edək ki,artıq “Agro Mall” müasir ticarət kompleksində Yaponya,İrsail,Meksika və Gürcüstan ticarət evləri istifadəyə verilib.

Gürcüstan ticarət evinin istifadəyə verilməsi mərasiminə bir çox ölkələrin səfirləri təşrif buyurub. Fəxri qonaqlar sırasında Meksikanın da səfiri,Rodrigio Labardini də iştirak edib. BiG.Az-a açıqlama verən səfir bu cür tədbirlərin təşkil olunmasını müsbət bir hal kimi qiymətləndirib və yaxın günlərdə Meksikanın da ticarət evlərinin açılmasında maraqlı olduğunu bildirib: "Mənə çox xoşdur belə bir tədbirdə iştirak etmək. Bir neçə gün öncə Yaponiya ticarət evinin açılışında da oldum, müsbət enerji aldım. Çox istərdim ki, Meksika ilə Azərbaycan arasında da bağlar daha da möhkəmlənsin və Meksika ticarət evi də yaradılsın. Belə tədbirlərin təşkili ökələr arası münasibətlərin möhkəmlənməsi baxaımından çox təqdiralayiqdir".

BiG.Az-a açıqlama verən Gürcüstanın Azərbaycandakı rəsmi və səlahiyyətli səfiri cənab Teymuraz Şaraşenidze bu ticarət evinin yaradılmaından məmnunluq duyduğunu bildirib: "Azərbaycan Qafqazın güclü dövlətlərindən biri, bizim sıx dostluq münasibətlərimizin olduğu bir ölkədir. Hər birimizə xoşdur ki, Azərbaycanda Gürcüstan ticarət evləri, eləcə də Gürcüstanda Azərbaycan ticarət evləri təşkil edilsin. Biz bundan məmnunluq duyuruq və münasibətlərimizin daha da sıx olması üçün belə tədbirlərin təşkili məqbuldur".

Reportaj: Pərviz Həşimi

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1272 Tarix: 11.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər