Bakıda bədbəxt hadisə

Bakıda bədbəxt hadisə

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb.

BiG.AZ report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, Badamdar şosesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin təfərrüatları araşdırılır.

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 537 Tarix: 11.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər