Dado Natavanla boşanma xəbərini təsdiqlədi : "Mən kişiyəm"

Dado Natavanla boşanma xəbərini təsdiqlədi : "Mən kişiyəm"

Müğənni Natavan Həbibidən boşanan reper Səid Əliyev (Dado) haqqında gəzən şayiələrə aydınlıq gətirib.

BiG.AZ xəbər verir ki, o, ayrıldığına dair xəbəri təsdiq edib. Natavandan ayrıldığına görə üzülən Dado söhbətlərə bu sözlərlə son qoyub:

"Bu gündən sonra bütün söhbətlərə son! Natavan xanımı mən demək olar ki, məcbur elədim ki, boşanmağımız barədə açıqlama versin. O, bunu istəmirdi. Aramızda çox böyük və ciddi problem yaşandı. Əsəbə hakim ola bilmədik. Mən açıqlama ilə bağlı onu məcbur edərkən instaqramda yazacağına inanmadım. Mənim ucbatımdan oldu.

Ümid edirəm ki, biz nə vaxtsa barışacağıq. Barışmasaq belə o demək deyil ki, kimsə gözünü yumub ağzına gələni danışa bilər. Yenə icazə vermərəm. Bizi istəyənlər, istəməyənlər sağ olun. Gözümüzü bir az da açdız. Dostumuzun kim, düşmənimizin kim olduğunu aydın görə bildik. Hazırda ailəmizi qorumaq üçün əlimizdən gələni edirik. Bir-birimizdən uzaq olsaq belə. Qalan boş söhbətlərə, hansısa tanımayanların sözünə əsla inanmayın.

Mən kişiyəm. Pula satılan məxluqların söhbəti ancaq bizi güldürə bilər. Saxta evlilik, alınan bəy, kiminsə acığına edilən toy və s. Kino kimi... Sadəcə heyf ki, indi ailəmlə oturub bunlara gülə bilmirik. Həmin şeyləri danışan, "özlərini reklam edirlər” deyənlərin başına belə hadisə gəlsə, biz "əcəb oldu” demərik.

"Həyatdır, Allahın qismətidir” deyib xoşbəxtlik arzu edərdik. Hər şeyin sonu olduğu kimi mənim də səbrimin sonu var. Ağıllı olun, mövzu bağlandı. İmkan verin problemimizi həll edək. Gündə bir söz çıxartmayın. Bir dəfə dedik, bitti. Sizin yaratdığınız söz-söhbət aramızda əlavə problem yaratmır. Bir-birimizi yaxşı tanıyırıq,sadəcə olaraq doğmalarımızı üzür. Biz də heç bunu istəmiorik. Heç kimin günahını almayın, haqqına girməyin. Bizim günahlarımızı da alan çox adam tapıldı”.

Şikayətiniz varsa Whatsapp: 050 5165251

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 9445 Tarix: 11.12.2017



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Cesika
Cesika 11.12.2017
Men Seidi o 4cu sinifde oxuyandan tanimiwam coxxda yaxsi insandi..bawina her ne gelirsede ureyi temizdiyinden gelir..Natavan onun tayi deyildi ozude bunu bilirdi..sehfinin cezasin cekir..
Wuwe kimi olacaqsan heyatda seni qirani keseceksen
■☆■☆■☆■☆■☆■☆■☆

 
ULUSH
ULUSH 11.12.2017
Etim tokuldu. Ilk dalawmada acib her weyi millete deyirsiz aile bele olmaz


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər